Hər hansı bir terror hadisəsi Ermənistan üçün çox ağır nəticələr verəcək

 

Erməni terror təşkilatı ASALA Azərbaycanın diplomatik korpuslarına növbəti təhdidedici məktub göndərib. Nor-ASALA (Yeni ASALA) adlanan terror təşkilatından gələn məktubda Azərbaycanın xarici ölkələrdəki səfirləri və attaşeləri, o cümlədən Macarıstandan Azərbaycana ekstradisiya olunduqdan sonra azadlığa buraxılan Azərbaycan zabiti Ramil Səfərov hədəfə alınıb. Azərbaycanla yanaşı, Türkiyəni də hədəfə alan ASALA məktubda on bir məqsədini açıqlayıb və azərbaycanlılarla türklərə qarşı mübarizəyə başladığını bəyan edib.

Bu, Azərbaycana və Türkiyəyə qarşı yönələn terror təhdididir. Açıq şəkildə terror hədələri səsləndirilir. Dünya ictimaiyyətinin bu gün terrorla mücadilə apardığı vaxtda bunun mərkəzində aparıcı rol oynayan Azərbaycanın olmasına baxmayaraq, belə hədələr səngimir. Dünya ictimaiyyəti isə susur. Açıq-aşkar görünür ki, Ermənistan hakimiyyəti dövlət səviyyəsində terrora dəstək verirbu gün Ermənistana rəhbərlik edənlər - Serj Sarkisyan, Seyran Ohanyan, keçmiş prezident Robert Köçəryan və hazırda vəzifədə olanlardan bir çoxu terror qruplaşmalarının üzvləridir. Bu gün terrorçuluğa qarşı mübarizənin gücləndiyi bir vaxtda Ermənistan rəhbərliyinin açıq- aşkar terrorçuları dəstəkləməsi, maliyyələşdirməsi və dünyaya meydan oxuması heç bir beynəlxalq təşklatı narahat etmir.

Məsələyə münasibət bildirən Milli Məclisin deputatları hesab edirlər ki, bütün bunlar Azərbaycana qarşı ikili standartlarla yanaşılmanın əyani sübutudur.

Bəxtiyar Əliyev - Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyanın üzvüMilli Məclisin Elm və təhsil komitəsinin sədr müavini:

- ASALA-nın Azərbaycana qarşı təhdidləri Ermənistan prezidentinin çağırışından sonra baş verdi. Bu isə bir anlama gəlir ki, terror bir mərkəzdən idarə olunur.  Ermənistan hökuməti terrorizmi dəstəkləyir dövlət səviyyəsində bunu həyata keçirir. Serj Sarkisyanın çağırışı ilə ASALA terror təşkilatı Azərbaycanın xaricdəki diplomatlarını, insanları ölümlə hədələyir. Bu hədələr realdır yüzlərlə insan ermənilər tərəfindən qətlə yetirilib. Mən çox təəccüblə yanaşıram ki, nədənsə, beynəlxalq təşkilatlar ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələyə reaksiya vermirlər. Onlar bu terroristlərin təhdidlərinə qarşı heç bir rəy bildirmirlər. Belə çıxır ki, Ramil Səfərov bir macarı, almanı, fransızı öldürüb əfv olunsaydı, vəziyyət dəyişməz olaraq qalardı. Amma erməni öldürüb deyə, bölgədə sabitlik pozula bilər. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazda dünyada artan nüfuzuna qətiyyətli siyasət yürütməsinə qarşı yönəlib. Ən təəssüflü məsələ odur ki, Avropa İttifaqının Parlament Assambleyası da gündəliyə qondarma bir məsələ çıxarır Ramil Səfərovla bağlı bəyanatlar qəbul edir. Avropada fəaliyyət göstərən qurumlar erməni terror təşkilatlarının təhdidləri ilə bağlı narahatçılıq bildirmək əvəzinə, tamamilə insan haqlarına uyğun olmayan, millətlər arasında düşmənçilik toxumu səpən məsələləri müzakirə edir onu qabardır.

ASALA-nın təhdidləri isə real təhlükədir. Faktiki olaraq 2800 nəfər Azərbaycan vətəndaşı erməni terror təşkilatları tərəfindən qətlə yetirilib. Ancaq Azərbaycan dövləti daim hər bir vətəndaşını qoruyur ona sahib çıxır. Əminəm ki, hər hansı bir Azərbaycan vətəndaşına qarşı terror baş verərsə, Ermənistan bunun qarşılığında cavabını alacaq. Nor-ASALA-nın (Yeni ASALA) növbəti təhdidi Ermənistan hakimiyyətinin təkidi ilə həyata keçirilib. Amma işğalçı ölkə çox yaxşı bilir ki, hər hansı bir terror hadisəsi onlar üçün çox ağır nəticələr verəcək.

Gövhər Baxşəliyeva - AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin Elm təhsil komitəsinin üzvü:

- ASALA terror təşkilatı yarandığı gündən türk xalqlarını təhdid edir bu təhdidlərdən sonra bir çox terror aktları törədilib. Azərbaycan Türkiyənin görkəmli şəxsləri, diplomatları, dinc sakinləri qətlə yetirilib. İndi isə Azərbaycan ordusunun zabiti Ramil Səfərovun vətənə ekstradisiya edilərək əfv olunması bu terror təşkilatını yendiən "hərəkətə" gətirib. Çox güman ki, "Yeni ASALA" adlı terrorçu qruplaşma  işğalçı Ermənistan hökumətinin dəstəyi sayəsində ortaya çıxıb. qədər belə təşkilat yaransa da, bu qurumların fəalyyəti Ermənistanın nüfuzuna heç bir müsbət təsir göstərmir. Əksinə, bu ölkə dünyada özünə terrorist imici qazandırıb. Amma Azərbaycanı heç bir təhdid, hədə qorxuda bilməz. Düzdür, diplomatik korpuslar, səfirliklərin təhlükəsizliyi, müdafiəsi gücləndirilməlidir. Bu təhdidlərə baxmayaraq heç bir qüvvə Azərbaycanı tutduğu yoldan yayındıra bilməz. Torpaqlarının 20 faizi işğal edilən bir ölkənin təhlükəsizliyinin qorunması vacib məsələdir. Gec-tez Azərbaycan işğal olunmuş torpaqlarını öz gücü ilə geri qaytaracaq, tarixdə olduğu kimi yenə erməni terrorçularının layiqli cavabları veriləcək. Azərbaycan ictimaiyyəti bilir ki, beynəlxalq birlik türk dünyasının bütün məsələlərinə ikili standartlarla yanaşır. Hesab edirəm ki, həmin qüvvələr erməniləri qədər çox dəstəkləsələr, bir o qədər onları məğlubiyyətə daha da yaxınlaşdırırlar. Əslində, iqtisadi cəhətdən tənəzzülə uğrayan Ermənistan əhatəsində olduğu iki türk dövləti ilə sülh şəraitində yaşamağa məcburdur. Amma bu ölkənin prezidenti Azərbaycanı terrorla hədələyir. Ona görə ki, artıq xalqın arasında nüfuzu qalmayıb prezident seçkiləri üçün dəstək axtarır. Terrorçuları himayə edən bir dövlətin rəhbərliyi çox gözəl anlayır ki, Azərbaycana qarşı hər hansısa bir xoşagəlməz olaya  adekvat cavab veriləcək.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 16 sentyabr.- S. 3.