Parisin Orli beynəlxalq hava limanında qarşılanma

 

 Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasına işgüzar səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.1.