İ.D.Kobzonun «Dostluq» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə İosif Davıdoviç Kobzon "Dostluq" ordeni ilə təltif edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S. 1.