Prezident İlham Əliyev «Tecnip» şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüşmüşdür

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Parisdə "Tecnip" şirkətinin quruda və dənizdə baş əməliyyat direktoru, icraçı vitse-prezidenti Filipp Barril ilə görüşmüşdür.

Görüşdə "Tecnip" şirkətinin Azərbaycanın neft-qaz sektorundakı uğurlu fəaliyyəti, bu şirkətin "Şahdəniz-1" yatağının işlənilməsində və digər layihələrin həyata keçirilməsində rolu qeyd olundu. Həmçinin gələcəkdə Azərbaycan ilə "Tecnip" arasında əməkdaşlığın digər istiqamətləri və yeni layihələrlə bağlı fikir mübadiləsi aparıldı.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.2.