Azərbaycanın və Litvanın müdafiə nazirlikləri arasında yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanmışdır

 

 Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev sentyabrın 17-də Litva Respublikasına rəsmi səfərə getmişdir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir Səfər Əbiyevin rəsmi qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himni səsləndirilmişdir.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə Litvanın milli müdafiə naziri Rasa Yunkiaviçene arasında təkbətək, sonra isə geniş tərkibli görüş keçirilmişdir.

Görüşlərdə ölkələrarası hərbi əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi qərara alınmış, Azərbaycanın və Litvanın müdafiə nazirlikləri arasında yenilənmiş hərbi əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Görüşdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə iştirak etmişdir.

Azərbaycan Respublikası müdafiə nazirinin sentyabrın 18-də Litva Respublikasının rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulmuşdur.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.3.