Azərbaycan ilə İndoneziya
arasında qarşılıqlı sərmayə qoyuluşu məsələləri
müzakirə edilmişdir
İndoneziyanın iqtisadi
məsələlər üzrə əlaqələndirmə naziri Hatta Racasanın
başçılığı ilə nümayəndə heyəti
ölkəmizə səfəri çərçivəsində
sentyabrın 17-də Azərbaycanın iqtisadi
inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.
Görüşdə
nazir Ş.Mustafayev
qarşılıqlı rəsmi və işgüzar
səfərlərin, biznes forum
və görüşlərin ölkələrimiz arasında
iqtisadi əlaqələrin genişlənməsində
əhəmiyyətli olduğunu
vurğulamışdır.
İndoneziyalı
nazir ölkəmizin dinamik
iqtisadi inkişafından məmnunluğunu
ifadə etmiş, ikitərəfli əlaqələrin
inkişafında ölkələrimizin böyük
perspektivə malik olduğunu
diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan ilə
İndoneziya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti
və əməkdaşlıq perspektivləri, ticarət əlaqələrinin
genişləndirilməsi, qarşılıqlı investisiya
qoyuluşu məsələləri müzakirə edilmiş,
işgüzar əlaqələrin genişlənməsi
üçün potensial imkanlardan səmərəli istifadənin
əhəmiyyəti diqqətə
çatdırılmışdır.
AzərTAc
Azərbaycan.-2012.-
18 sentyabr.- S.3.