Bakıda Azərbaycan-İndoneziya
biznes forumu keçirilmişdir
İndoneziyanın iqtisadi məsələlər üzrə əlaqələndirmə
naziri Hatta Racasanın
başçılığı ilə nümayəndə heyətinin
ölkəmizə səfəri çərçivəsində
sentyabrın 17-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi,
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi
Fondunun (AZPROMO) təşkilatçılığı
ilə Azərbaycan-İndoneziya biznes
forumu keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə
Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli
Konfederasiyası ilə İndoneziyanın Ticarət və Sənaye
Palatası, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu ilə
İndoneziyanın Ticarət və Sənaye Palatası, eləcə
də Azərbaycanın "Gənc
sahibkarlar şəbəkəsi" ilə
İndoneziyanın "Gənc Sahibkarları
Assosiasiyası" arasında əməkdaşlıq
haqqında anlaşma memorandumları
imzalanmışdır.
AZPROMO-nun rəhbəri vəzifəsinin
icraçısı Rüfət Məmmədov ölkəmizin
iqtisadiyyatı, yaradılmış əlverişli biznes və investisiya mühiti barədə məlumat vermiş, İndoneziya
şirkətlərini Azərbaycan sahibkarları ilə fəal
əməkdaşlığa dəvət etmişdir.
Tədbirdə iş adamları arasında əməkdaşlığın
genişləndirilməsi imkanları müzakirə edilmiş, Azərbaycanın biznes
mühiti və investisiya
potensialına dair təqdimat keçirilmiş, ölkəmiz haqqında videoçarx nümayiş
olunmuşdur.
İndoneziya şirkətlərinin təqdimatı
olmuş, fəaliyyət sahələri
barədə məlumat verilmişdir.
Biznes forumda hər iki ölkənin nəqliyyat,
dağ mədən sənayesi, turizm, daşınmaz əmlak,
heyvandarlıq, bitkiçilik, balıqçılıq və
s. sahələrdə fəaliyyət göstərən iş
adamları iştirak etmişlər.
Azərbaycan.-2012.-
18 sentyabr.- S.3.