Erməni terror təşkilatları bəşəriyyət üçün böyük təhlükədir

 

 Qondarma "genosid" iddiaları ilə dünyada özləri haqqında "əzabkeş və məzlum millət" imici yaratmağa çalışan ermənilərin özlərinin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törətməsi tarixi faktlarda dolğun əksini tapmışdır. Erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırıma imza atmışlar.

Bir faktı da vurğulamaq lazımdır ki, ermənilər hələ sovetlər birliyi dövründə fəal aparmış, qondarma "soyqırımı qurbanları"na abidələr ucaltmışdılar. SSRİ rəhbərliyinin bu məsələdə maraqlı olması erməni şovinistlərini daha da ruhlandırırdı. Sovet hökuməti erməniləri sanki yeni-yeni təxribatlara şirnikləndirmək yolu tutmuşdu. Əslində, ötən əsrin 80-ci illərinin ortalarından Azərbaycana qarşı başlanmış növbəti ərazi iddiaları da məhz bu çirkin kampaniyanın məntiqi nəticəsi olmuşdur.

Patoloji baxımdan yalançılıqla üzvi surətdə bağlı olan xəstəlik psixologiyada mifomaniya kimi səciyyələndirilir. Məkrli xislətləri ilə yalan və böhtanı dövlət siyasətinə çevirmiş ermənilərin 50 ildən çox müddətdə dünyanı qondarma "soyqırımı" kampaniyası ilə çaşdırmaq cəhdləri onların məhz belə bir psixoloji vəziyyətdə olduqlarına şübhə yeri qoymur. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər kompakt yaşadıqları bütün dövlətlərdə "soyqırıma məruz qalmış millət" olduqlarını iddia edir, saxta təbliğatlarını zehinlərə yeritmək üçün dəridən-qabıqdan çıxırlar. Tarixi faktlar isə göstərir ki, ötən əsrin əvvəllərində ənənəvi olaraq havadarlarının himayəsinə sığınaraq onlardan hər cür dəstək alan ermənilər qonşu xalqların əzəli əraziləri hesabına dövlət qurmaq üçün azərbaycanlılara və türklərə qarşı misli görünməmiş soyqırımı və terror aktları törətmişlər.  Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapır.

Qondarma "erməni soyqırımı" iddiaları uzun illər ərzində Türkiyə və Azərbaycana, həmçinin hər iki ölkənin görkəmli ictimai-siyasi xadimlərinə qarşı törədilmiş terror aktlarına və digər cinayətkar əməllərə "zəmin hazırlamaq" məqsədi güdmüşdür. Tarixi faktlar göstərir ki, məhz ermənilərin fitvası ilə 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi xadimləri N.Yusifbəyli, F.Xoyski, X.Xasməmmədov, H.Ağayev vəhşicəsinə qətlə yetirilmişlər.

"Daşnaksütyun" partiyasının yaratdığı "Nemesis" ("Cəza") adlı xüsusi terror qrupu isə 1920-ci il martın 15-də Osmanlı hökumətinin daxili işlər və hərbi müdafiə naziri olmuş Tələt Paşaya Berlinin böyük prospektlərindən birində atəş açmışlar. Onun qatili Soqomon Teyləryan həbs olunsa da, Berlin dairə məhkəməsi hüquqi deyil, siyasi qərar çıxararaq "erməni soyqırımı"nı əldə rəhbər tutan erməni terrorçusuna bəraət hökmü çıxarmışdır. Bu rüsvayçı hökmdən ruhlanan erməni terrorçuları İstanbulda, Romada, Berlində, Tiflisdə, Buxarada və digər şəhərlərdə tanınmış türk ictimai-siyasi xadimlərinə qarşı qanlı terror aktları həyata keçirmişlər.

  Dünyanın terrorçu kimi tanıdığı Monte Melkonyan 1985-ci ildə terrorçuluq fəaliyyətinə və qanunsuz silah saxlanılmasına görə Parisdə 6 il həbs cəzasına məhkum edilmiş, 1989-cu ildə həbsdən azadlığa buraxılmışdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Ermənistan ordusunun silahlı birliklərindən birinə komandanlıq etmişdir. Azərbaycanlılara qarşı xüsusi qəddarlığı  ilə fərqlənən Monte Melkonyan 1996-cı ildə Ermənistanın milli qəhrəmanı adına layiq görülmüş, ölkənin müxtəlif şəhərlərində onun abidələri qoyulmuş, təhsil müəssisələrinə adı verilmişdir.Vazgen Sisyan 1981-ci ildə Parisdəki Türkiyə səfirliynə qarşı "Van əməliyyatı" adlı terror aktının təşkilatçısı olduğu üçün həbs edilmişdir. 1986-cı ildə o, hücumda iştirak edən digər iki erməni terrorçusu Akop Culfayan, Qevorq Gözəlyan həbsdən azad olunmuşlar. Hər üçü əvvəlcə Livana, sonra daimi yaşayış üçün Ermənistana köçmüşdür. Vazgen Sisyan və Qevorq Gözəlyan 1992-ci ildən Qarabağ müharibəsində Ermənistan ordusu tərkibində vuruşmuşlar. Qevorq Gözəlyan "Metsn Murad" dəstəsinin komandiri olmuşdur. Vazgen Sisyan "Qarabağ müharibəsi qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Hazırda adıçəkilən terrorçular ASALA terrorçularından ibarət "Uxt Araratş" təşkitlatının üzvüdür.

1972-1991-ci illərdə erməni terrorçuları dünyanın əksər ölkələrində Türkiyənin görkəmli siyasi xadimlərinə, məşhur diplomatlarına və tanınmış iş adamlarına qarşı 300-dən çox terror əməliyyatı törətmişlər. Bu terror aktlarının 100-dən çoxu ASALA terror təşkilatının "Orli", "9 İyun" və "3 Oktyabr" qruplaşmaları tərəfindən 24 ölkənin 38 şəhərində həyata keçirilmişdir.

Ərazi ilhaqı məqsədilə terrorçuluğu və separatizmi özünə başlıca vasitə seçən ermənilər 1988-ci ildən Azərbaycanda 373 qanlı terror aktı törətmiş, nəticədə 1600-ə yaxın insan həlak olmuş, 1808 nəfər yaralanmışdır. Terror aktları nəticəsində həlak olanların böyük əksəriyyətini qadın, uşaq və qocalar təşkil etmişdir. 1994-cü ildən atəşkəs əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən müntəzəm olaraq atəşkəs rejimi pozulur, dinc Azərbaycan vətəndaşları həlak olurlar. Təkcə son beş il ərzində (2007-2012-ci illər) cəbhəboyu ərazilərdə 11 dinc sakin həlak olmuş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunması Ermənistan tərəfindən böyük narahatçılıqla qarşılanıb. Ermənistan hökumətinin qızışdırıcı, aqressiv mövqeyindən ruhlanan erməni terror təşkilatları da Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarını, vətəndaşlarını hədəfə götürməklə hədələyirlər. ASALA, eləcə də NOR-ASALA terror təşkilatları ("Yeni ASALA") ölkəmizin Macarıstandakı və bir sıra digər ölkələrdəki səfirliklərinə məktublar göndəriblər. Bu məktublarda azərbaycanlılara qarşı hədələr, terror qorxusu və vandal üsulların tətbiq olunacağı ilə bağlı fikirlərin yer alması erməni xislətini bir daha ortaya qoyur. Erməni terror təşkilatlarının dünyanın gözü qarşısında bu cür aqressiv bəyanatlar səsləndirmələri terrorun ideoloji mərkəzi olan Ermənistanın açıq-aşkar dövlət səviyyəsində terrorizmə rəvac verdiyini göstərir. Dağlıq Qarabağ müharibəsində dinc əhaliyə qarşı bu amansız terrordan istifadə edilmiş və həmin terrorçulara Serj Sarkisyan rəhbərlik etmişdir. Bunun Ermənistan prezidenti tərəfindən də etiraf edilməsi terrorun məhz adıçəkilən dövlət tərəfindən dəstəkləndiyini göstərir.              

Son iki əsrdə "Dənizdən-dənizə böyük Ermənistan" xülyasını milli məqsədə çevirən bədxah qonşularımız ərazi ilhaqı siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərə əl atıblar. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regionda çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün amansız terrordan istifadə ediblər. Bu gün də həmin ssenari davam edir. Erməni terror təhlükəsi bəşəriyyət üçün böyük bəlaya çevrilmədən onun qarşısı beynəlxalq hüquq normaları çərçivəsində alınmalıdır.

 

 

 Elnur HACALIYEV

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.5.