Bir sahənin üç kitabı

 

Hüquq terminlərinin yeni lüğətləri

 

2012-ci ildə ikidilli tərcümə  lüğətlərinin sırası daha da genişləndi: bu günlərdə iki yeni lüğət işıq üzü gördü. Bunlardan biri "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" (Bakı, 2012, 416 səh.; tərtibçilər: Ramiz Rzayev, Rafiq Novruzov, Könül Əliyeva), digəri "Azərbaycanca-ingiliscə izahlı hüquq lüğəti"dir ( Bakı, 2012, 480 səh.; tərtibçilər: Ramiz Rzayev, Rafiq Novruzov, Könül Əliyeva). Hər iki lüğət Azərbaycan Respublikasının Ali Məhkəməsinin təşəbbüsü və bilavasitə iştirakı ilə tərtib edilmişdir. Bu sıradan olan üçüncü kitab - "Rusca-azərbaycanca izahlı hüquq lüğəti" nəşriyyatdadır.

Qeyd etmək lazımdır ki, lüğətin redaksiya heyətinə, müəlliflər qrupunaredaktorluğuna təcrübəli hüquqşünaslar və dilçi-alimlər daxildirlər. Bu isə həmin lüğətlərin mötəbərliliyini bir daha artırmış olur.

Lüğətlərin etibarlı mənbələrdən toplanmış sözlüyü  (lüğətlərin tərtibində 90-dan artıq mənbədən istifadə edilmişdir) hüquq sahəsində işlənən18 minə qədər sözterminoloji söz birləşmələrini əhatə edir. Sözlük kifayət qədər əhatəli və genişdir. Burada Azərbaycan dilində işlənən hüquq terminləri ilə yanaşı, dünya hüquq sistemində istifadə edilən termin və ifadələr, hüquq ədəbiyyatında tez-tez rast gəlinən klassik məfhumlar və artıq dilimizə daxil olmuş marketinq, menecer, xaker kimi yeni alınma sözlər də  öz əksini tapmışdır. Ümumiyyətlə, lüğətləri  səciyyələndirən şərtlərdən biri onun dolğunluğudur, yəni sözlüyünün genişliyidir. Axtardığı sözü lüğətdə tapa bilməyən oxucu məyus olur.

Lüğətlərdə verilən hüquq terminlərinin mənaları rusingilis dillərində tam şəkildə açılır, belə ki tərcümə ilə yanaşı, onların hər üç dildə - Azərbaycan, rusingilis dillərində izahı verilir.

Elm və texnikanın, müxtəlif bilik sahələrinin belə sürətlə inkişaf etdiyi, dövlətlər və xalqlar arasında iqtisadi-siyasi əlaqələrin  genişləndiyi bir zamanda, dünyada baş verən qloballaşmainteqrasiya dövründə ikidilli terminoloji lüğətlərin əhəmiyyəti, onların yaranma zərurəti də artır, həyati məsələyə çevrilir. Rəy verilən lüğətlər bu şəkildə (bu keyfiyyətdə, bu tərkibdə və bu həcmdə) respublikamızda ilk dəfə olaraq yaradılır. Lüğət müasir leksikoqrafiyanın bütün tələblərinə cavab verir, elmi üslub gözlənilməklə  dilçilik baxımından mükəmməldir, texniki tərtibatı gözəldir.

Azərbaycanca-rusca izahlı və Azərbaycanca-ingiliscə (izahla) hüquq lüğətlərinin oxucu dairəsi kifayət qədər genişdir. O, ilk növbədə hüquqşünaslar və tərcüməçilər üçün nəzərdə tutulmuşdur, lakin ondan elmi işçilər, dissertantlar, hüquq sahəsində çalışan işçilər, hüququ öyrənən tələbələr, onu tədris edən müəllimlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar da faydalana bilərlər. Bundan əlavə lüğətdən işgüzar məktubların, sorğuların, şikayətlərin, etirazların, sövdələşmələrin, müqavilələrin, protokolların, ərizələrin və sairənin tərtib edilməsində də istifadə etmək olar.

 

 

Azərbaycan.-2012.- 18 sentyabr.- S.7.