Azərbaycan Prezidenti İlham
Əliyevin Fransaya işgüzar səfəri
Prezident İlham Əliyev Parisdə Luvr muzeyinin islam
incəsənətinə həsr
olunmuş yeni zallarının açılış
mərasimində iştirak
etmişdir
Sentyabrın 18-də Parisin
Luvr muzeyində islam incəsənətinə
həsr olunmuş yeni zalların açılış mərasimi
keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Respublikasının Prezidenti Fransua Olland mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısını və xanımını Fransa Prezidenti Fransua Olland qarşıladı.
Tədbirdə çıxış edən
Luvr muzeyinin baş direktoru Anri Luerett bildirdi
ki, Fransa bütün mədəniyyətlərin,
o cümlədən islam incəsənətinin
qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə
islam sivilizasiyasının
mühüm cəhətləri
ilə tanış olmaq imkanı yaradır.
Fransa Prezidenti
Fransua Olland çıxış edərək
bildirdi ki, rəsmi Paris Luvr muzeyində islam
incəsənəti departamentinin
yaradılmasından və
bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf
hissi duyur. Fransa dövlətinin başçısı söylədi
ki, 2003-cü ildə ideya kimi yaranan,
2008-ci ildən isə
icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas
məqsəd Luvrun universallığını və
bəşəri əhəmiyyətini
göstərmək, Fransanın
islam sivilizasiyasına
münasibətini nümayiş
etdirməkdir. Fransua Olland bu layihənin
həyata keçirilməsinə
verdikləri dəstəyə
görə Azərbaycan
Prezidenti İlham Əliyevə və digər tərəfdaşlara
minnətdarlığını bildirərək dedi:
"Mən xeyirxahlıq nümayiş
etdirərək lazımi
anda yardımını
göstərmiş şəxslərə,
xüsusilə də,
Azərbaycan Respublikasının
Prezidentinə və digər ali
qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm.
Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar.
Onlar Fransanın dostlarıdırlar.
Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də
davam etdiriləcəkdir".
Fransa Prezidenti
diqqətə çatdırdı
ki, bu layihə
sivilizasiyalar arasında
dialoqun əldə olunmasına töhfə verməklə yanaşı,
muzeyə gələnlərə
Şərqi daha yaxşı tanımaq, Avropa və islam mədəniyyəti
arasındakı uyğunluqları
müəyyən etmək
üçün şərait
yaradır.
Sonra qonaqlar
Luvr muzeyinin İslam incəsənəti
bölməsi ilə tanış oldular. Bildirildi ki, bu bölmənin yaradılması
muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin
bölmə islam
sivilizasiyasının arxitektura,
rəssamlıq və
digər mədəni
yaradıcılıq nümunələrini
təcəssüm etdirir.
Muzeydəki İslam incəsənəti
bölməsi müxtəlif
müsəlman ölkələrinin
mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən
ibarətdir. Burada
şüşədən, keramikadan
və metaldan hazırlanmış müxtəlif
dulusçuluq əşyaları,
xalçalar, geyimlər,
miniatürlər də
daxil olmaqla 5 mindən çox bütöv incəsənət
nümunələri, mindən
artıq natamam və zədələnmiş
yaradıcılıq işləri
sərgilənir. Azərbaycana
aid eksponatların da nümayiş etdirildiyi muzeyin bu bölməsində
islam tarixinin
müxtəlif dövrlərində
mövcud olmuş dövlətlərə aid sənət
əsərləri də
saxlanılır.
Diqqətə çatdırıldı ki, yeni zalların
açılmasında Fransa
ilə yanaşı, Azərbaycan, Küveyt,
Oman və Mərakeşin
də mühüm rolu olmuşdur.
Muzeyin İslam incəsənəti
bölməsində nümayiş
etdirilən eksponatlarla
tanışlıqdan sonra
xatirə şəkli
çəkdirildi.
Daha sonra Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin həyətində xatirə
şəkli çəkdirdilər.
Dünyanın ən məşhur
muzeylərindən sayılan
Luvr 1793-cü ildə
Kral sarayının binasında açılmışdır. Parisin mərkəzində yerləşən
muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə artmışdır. Luvr sahəsinə
görə dünyanın
üçüncü, tamaşaçı
sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə
2011-ci ildə muzeyə
8 milyon 800 min ziyarətçi
gəlmişdir.
AzərTAc
Azərbaycan.-2012.-
19 sentyabr.- S.1.