Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Fransua Ollandın görüşü
Sentyabrın 18-də Yelisey sarayında
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü
olmuşdur.
Sarayın qarşısında dövlətimizin
başçısının şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev
fəxri qarovul dəstəsinin qarşısından
keçdi.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Görüşdə Azərbaycan ilə
Fransa arasında əməkdaşlıq münasibətlərinin
müxtəlif istiqamətləri
ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Bu münasibətlərin
siyasi, iqtisadi və mədəni sahələrdə uğurla
inkişaf etdiyi bildirildi.
Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında
fəal rolu və Fransanın ölkəmizə sərmayə
qoymasının əhəmiyyəti
vurğulandı, bu sahədə əməkdaşlığın
yaxşı perspektivlərinin
olduğu bildirildi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı aparılan danışıqların hazırkı
vəziyyəti, bu istiqamətdə atılmalı
olan addımlar da müzakirə edildi.
AzərTAc
Azərbaycan.-2012.-
19 sentyabr.- S.1-2.