«Neft, qaz və media» beynəlxalq
konfransı ölkəmizin durmadan artan beynəlxalq
imicinin əyani təsdiqidir
"Neft, qaz
və media" mövzusunda
konfrans ölkəmizin
durmadan artan beynəlxalq imicinin əyani təsdiqidir.
AzərTAc xəbər verir
ki bu sözləri
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər
şöbəsinin müdiri
Əli Həsənov sentyabrın 18-də jurnalistlərə
açıqlamasında demişdir.
Şöbə müdiri demişdir ki, ölkəmiz bu mötəbər tədbirə xüsusi önəm verərək,
bir il
ərzində konfransın
təşkilinə geniş
hazırlıq işləri
aparmışdır. Tədbirin ölkəmizdə
keçirilməsi təsadüfi
xarakter daşımır.
Bu, qədim neft
ölkəsi olan Azərbaycanın durmadan artan beynəlxalq imicinin əyani təsdiqidir.
Ə.Həsənov dünyanın neft və
qaz mövzusunda yazan tanınmış jurnalistlərinin beynəlxalq
forumunun Bakıda keçirilməsini yüksək qiymətləndirildiyini
qeyd etmişdir. Konfransın əhəmiyyətindən bəhs
edən Prezident Administrasiyasının şöbə
müdiri qeyd etmişdir ki, tədbirdə Azərbaycanın
müasir dünyanın enerji təhlükəsizliyindəki rolu,
karbohidrogen ehtiyatlarımızın bölgənin
inkişafındakı yeri, respublikamız və regionun
geosiyasi məsələləri, Xəzər neftinin və
qazının alternativ marşrutlarla dünya bazarlarına
çıxarılması və onun Avropanın enerji təhlükəsizliyində
oynadığı rolu, qitədə yaratdığı yeni
şərait və digər məsələlər ilə
bağlı məruzələr səslənəcəkdir.
Konfransda həmçinin Azərbaycanın neft-qaz ölkəsi
kimi dünyadakı önəmi, respublikamızın neft-qaz məhsullarının
dünyanın geoiqtisadiyyatında yaratdığı yeniliklər
haqqında məlumat veriləcəkdir.
Azərbaycan.-2012.-
19 sentyabr.- S.3.