Azərbaycan neftqaz sahəsində qədim tarixə malikdir

 

 AzərTAc xəbər verir ki, bu sözləri Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə təşkilatçılığı ilə keçirilən "Neft, qazmedia" adlı beynəlxalq konfransda iştirak edən BMİ-nin rabitə meneceri Brus Blake müsahibəsində demişdir.

Brus Blake bildirmişdir ki, neftqaz sahəsində əhəmiyyətli mövqeyə malik olan Azərbaycanda bu konfransın keçirilməsi böyük önəm kəsb edir. Neftqaz dünyanın ən çox gəlir gətirən sahələrindən biridirbu sahədə Azərbaycanda kifayət qədər inkişaf vardır. Bu konfrans yerlixarici jurnalistlərə mütəxəssislər ilə dialoqlar aparmağa, sektorun Azərbaycanda və beynəlxalq aləmdə inkişafı haqqında lazımi məlumatlar almağa şərait yaradacaqdır.

Ölkəmizdə bu sahənin inkişaf tarixinə toxunan qonaq vurğulamışdır ki, Azərbaycanın neft sənayesinin qədim tarixi vardır. Azərbaycanda siyasi, iqtisadi, eləcə də neft- qaz sahəsində böyük dəyişikliklər və sürətli inkişaf davam edir. Bu cür konfranslar baş verən dəyişikliklər və inkişaf barədə ictimaiyyəti məlumatlandırmaq üçün böyük əhəmiyyətə malikdir.

 

 

Azərbaycan.-2012.- 19 sentyabr.- S.3.