Bakıda Üzeyir
Hacıbəyli IV Beynəlxalq musiqi
festivalının təntənəli
açılış mərasimi olmuşdur
Sentyabrın 18-də Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Heydər Əliyev Fondunun və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə
keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi
festivalının təntənəli açılış mərasimi
olmuşdur.
AzərTAc xəbər verir ki,
festivalın açılışından əvvəl
jurnalistlərə müsahibə verən mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev Üzeyir Hacıbəylini
Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz
bir töhfə kimi səciyyələndirmişdir.
Bildirmişdir ki, onun yaradıcı irsi təkcə öz
xalqı üçün deyil, bütün bəşəriyyət
üçün çox dəyərli mənəvi sərvətdir.
Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları
tərəfindən daha çox sevilir, onun əsərləri
heç bir sərhəd tanımır. Dünyanın ən
möhtəşəm teatrlarının səhnəsində
bu əsərlər dönə-dönə tamaşaya qoyulur,
ekranlaşdırılır, məşhur müğənnilər
tərəfindən sevilə-sevilə ifa olunur. Üzeyir bəyin
əsərləri milli olduğu qədər də bəşəridir.
Əbülfəs Qarayev diqqətə
çatdırmışdır ki, Üzeyir Hacıbəyli IV
Beynəlxalq musiqi festivalında Rusiya, Türkiyə, ABŞ,
Fransa, Almaniya, İtaliyadan
dünya şöhrətli musiqiçilər və
kollektivlər iştirak edirlər.
Azərbaycan musiqisinin dünyada geniş
şəkildə təbliğini yüksək qiymətləndirən
nazir bildirmişdir ki, artıq hər il ölkəmizdə
silsilə beynəlxalq tədbirlər keçirilir. Bu bizi
olduqca sevindirir.
Festivalın açılış mərasimində
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında geniş konsert proqramı təqdim
edilmişdir. Orkestrə xalq
artisti, professor Rauf Abdullayev dirijorluq etmişdir. Konsertin solisti fransalı violin ifaçısı Solenne Paidassi olmuşdur.
Azərbaycan Dövlət Xor
Kapellasının da çıxış etdiyi konsertdə
Ü.Hacıbəylinin "Koroğlu" operasından
üvertüra, III akt və "Şeyx Sənan"
operasından fraqmentlər, həmçinin S.Prokofyevin violin və
orkestr üçün 2 saylı konsert səsləndirilmişdir.
Festival sentyabrın 29-dək davam edəcəkdir.
Azərbaycan.-2012.-
19 sentyabr.- S.6.