Cinayətkarlıqla
mübarizəyə bütün ictimaiyyət
cəlb olunub
Möhtərəm Prezident İlham Əliyevin
rəhbərliyi və hüquq-mühafizə
orqanlarının fəaliyyəti, birgə səmərəli
fəaliyyəti nəticəsində cinayətkarlıqla
mübarizədə və ictimai asayişin təminində mühüm
uğurlar qazanılmış, daxili sabitlik, insan və vətəndaş hüquq
və azadlıqları nümunəvi təmin
olunmuşdur. Əhalinin hər yüz min nəfərinə
düşən cinayətlərin sayına görə ölkəmiz
nəinki MDB, həmçinin Şərqi Avropa
məkanında sonuncu yerlərdən birini tutur. Əgər statistikaya müraciət etsək, o zaman görərik ki, təkcə cari ilin birinci yarısında
respublikamızın ərazisində ümumən 12 minə
yaxın cinayət qeydə alınmışdır. Həyata keçirilmiş uğurlu və məqsədyönlü tədbirlər
nəticəsində cinayətlərin açılması
ötən ilin 6 ayı ilə müqayisədə
3,8 faiz yaxşılaşaraq 87,2 faizə
yüksəlmiş, açılmış cinayətlərin
sayı 10 faiz
və ya 861 fakt çox olmuşdur.
Cinayətkarlıqla
mübarizədə əldə olunmuş
uğurlarda elmi-texniki
tərəqqinin ən son nailiyyətlərindən
geniş istifadə edilməsi, profilaktiki işin səmərəsinin
xeyli artırılması ilə
yanaşı, polis-vətəndaş münasibətlərinin
daha da dərinləşdirilməsi
istiqamətində görülmüş
işlərin böyük rolu olmuşdur. Təcrübə
göstərir ki, qeydə
alınmış cinayətlərin yarıdan çoxu
məhz vətəndaşların kriminal
hadisələr, yaxud hüquq
pozuntuları barədə qabaqcadan polis orqanlarına məlumat vermələri,
ictimaiyyətin fəal nümayəndələrinin, cinayətkarlıqla
mübarizədə böyük təcrübə
qazanmış sabiq əməkdaşların
- polis, prokurorluq və
digər hüquq-mühafizə orqanları veteranlarının
yaxından iştirakı ilə açılır. Məmnunluqla qeyd etmək istəyirəm
ki, ümumilikdə ölkə və
DİN rəhbərliyi vətəndaş-polis münasibətlərinin
inkişafına həmişə böyük
əhəmiyyət vermiş, bu dəstəyin polisin fəaliyyətində
hər zaman vacib, əsas
amillərdən biri olduğunu
qeyd etmişdir.
Ötən
ilin martında DİN Veteranlar
Şurasının iclasında daxili
işlər naziri general-polkovnik
Ramil Usubov daxili işlər orqanlarının
qarşısında duran vəzifələrin
yerinə yetirilməsində veteranların təcrübəsinin,
bilik və bacarıqlarının daha geniş istifadəsi, ictimai təhlükəsizliyin təmini, cinayətlərin
profilaktikası, açılması və cinayətkarların
axtarışı tədbirlərinin
planlaşdırılmasına və başqa
məsələlərə daha fəal
şəkildə cəlb edilməsini, bu
işlə respublikanın bütün polis orqanlarının və veteranlarının əhatə
olunması təşəbbüsünü irəli sürmüşdür. Sonradan nazirin
bu təklifi xüsusi
göstəriş şəklində nazirliyin
bütün aidiyyəti orqanları
qarşısında bir vəzifə kimi qoyulmuş, müvafiq tədbirlərin DİN-in
Veteranlar Şurası ilə
qarşılıqlı əlaqədə həyata
keçirilməsi tələb olunmuşdur.
Bu
addım DİO-da (Daxili
İşlər Orqanları) veteran hərəkatının
yenidən qurulması və genişləndirilməsində həlledici
rol oynamış, respublikamızın, demək
olar ki, bütün ərazi polis
orqanları yanında veteranlar
şurası, onların normal fəaliyyəti
üçün hər cür
şərait yaradılmışdır. Bu
gün polis
veteranları cinayətkarlıqla mübarizəyə öz layiqli töhfələrini
verirlər. Böyük həyat və xidmət yolu keçmiş, zəngin təcrübə
qazanmış veteranlarımızın köməyi ilə
neçə-neçə cinayət törətmiş şəxs
tutularaq istintaqa verilmiş, baş verə
biləcək hüquqazidd əməllərin
qarşısı alınmışdır.
Vətəndaşlarla
münasibətlərin daha da genişlənməsinə xidmət edən
amillərdən biri də polis
orqanlarında "102" xidmətinin fəaliyyətə
başlaması olmuşdur. "102"-yə
zəng respublika ərazisində vətəndaşları
narahat edən, gördükləri, şahidi olduqları hüquq
pozuntuları barədə
birbaşa polis
orqanlarına məlumat verməyə imkan
yaradır. Bu zaman həmin
müraciətlərə polis tərəfindən
operativ reaksiya verilir. Bir faktı
xatırlatmaq kifayətdir ki, təkcə cari ilin 6 ayında
"102" xidməti tərəfindən məişət zəminində
baş vermiş 4000 hüquqazidd əməlin qarşısı
alınmışdır. Bundan əlavə,
vətəndaşların polis
orqanlarının növbətçi hissələrinə
etdikləri 77.000 müraciət üzrə qanuni
tədbirlər görülmüş,
7 mindən çox vətəndaşa hüquqi
yardım göstərilməsi təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı
qalmış 212, habelə əməliyyat planlarının
vaxtında tətbiqi nəticəsində "isti
izlərlə" 487, elmi-texniki vasitələrlə
1796 cinayət açılmışdır. Bu
işdə vətəndaşlarla yanaşı, veteranların
da müəyyən rolu
olmuş və 2000-dən çox
cinayətin açılmasında onlar da yaxından iştirak
etmişlər.
Bu gün ayrı-ayrı KİV-lərdə
vaxtilə xidməti qəbahətlərinə görə DİO-dan qovulmuş, yaxud yarımçıq xidmət etmiş, indi özlərini
bu sahənin peşəkarları sayan bəzi "ekspertlər" itkin düşənlərin, naməlum meyitlərin,
cinayətkarların axtarışı ilə özlərinin
- "yüksək potensiallı mütəxəssislərin,
hüquqşünasların" məşğul
olmalarının "vacibliyi" fikrini irəli sürürlər. Onlar, əsasən, inkişaf
etmiş Qərb ölkələrinin təcrübəsindən
çıxış edərək hətta bu məqsədlə bizdə də
şəxsi detektiv institutunun
yaradılmasını təklif edirlər. Belələrinin
qabaqcıl dünya təcrübəsindən
danışmaları da formalizmdir,
gözə kül üfürməkdir. Çünki yaxşı bilirlər ki, yuxarıda göstərilmiş səlahiyyətlərə
malik detektiv institutu Qərb dövlətlərinin polis orqanlarının tərkibində fəaliyyət göstərir.
Guya polis orqanlarının əməliyyat
aparatlarnın zəifliyini, peşəkarlıqlarının
isə aşağı olmasını qeyd
edən həmin "hüquq müdafiəçiləri"ndən
soruşmaq istərdim ki, əməliyyat
aparatı, peşəkarlığı zəif olan bir ölkənin polisi cinayətkarlıqla mübarizədə,
asayişin nümunəvi təminində belə
uğurları necə qazana bilər? İkincisi, hüquq-mühafizə fəaliyyəti barədə elementar
anlayışı olan istənilən
şəxs də təsdiq edə bilər ki,
müstəqil, demokratik dövlət quruculuğu yolu ilə inamla addımlayan, bu
istiqamətdə böyük uğurlar əldə etmiş
respublikamızda ümumilikdə cinayətkarlıqla
mübarizə, ictimai təhlükəsizliyin
təmin, insanların həyatının,
sağlamlığının, hüquq və
azadlıqlarının, dövlətin, fiziki
və hüquqi şəxslərin qanuni mənafelərinin və mülkiyyətinin
hüquqa zidd əməllərdən
qorunması kimi çətin olduğu qədər şərəfli,
məsuliyyətli missiya Azərbaycan
Konstitusiyası və digər normativ-hüquqi
aktlarla güc
strukturlarının, o cümlədən polis orqanlarının üzərinə qoyulmuşdur. Başqa
dövlət və ya özəl
qurumların, xüsusən hansısa şəxsi mühafizə
və ya detektiv
agentliklərinin belə fəaliyyətlə məşğul
olması qanunla qadağandır.
Ayrı-ayrı
mətbuat orqanlarında cinayətkarlıqla mübarizə ilə
bağlı qərəzli fikirlər irəli sürən, bədbin
proqnozlar verən belə "ekspertlərə"
bir daha xatırlatmaq
istəyirəm ki, bu gün Azərbaycan polisinin
sıralarında vətəninə, dövlətinə, xidməti
borca sadiq, yüksək peşəkarlığa
malik minlərlə polis
əməkdaşı xidmət edir. Məhz onların gündəlik səyləri, gərgin
zəhməti hesabına, eyni zamanda vətəndaşların, ictimaiyyətin
fəal iştirakı, polis, prokurorluq və digər hüquq-mühafizə
orqanları veteranlarının yaxından köməyi ilə
cinayətlərin 90 faizindən çoxunun
açılması, cinayət törətmiş
şəxslərin, itkin düşənlərin
əksəriyyətinin tapılması təmin olunur. Ölkə ictimaiyyəti bu həqiqəti, polisin öz işinin öhdəsindən
layiqincə gəldiyini görür, həmin
reallığı gündəlik həyatında və fəaliyyətində
hiss edir, polisə
güvənir, daxili işlər orqanlarının
sıralarında əsl peşəkar və təcrübəli
polis əməkdaşlarının xidmət
apardığını yaxşı
bilir...
Ramiz AXUNDOV,
DİN Veteranlar
Şurasının sədri,
istefada olan polis polkovniki
Azərbaycan.-2012.- 19 sentyabr.- S.7.