Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya işgüzar səfəri

 

Prezident İlham Əliyev Parisdə MEDEF-in üzvü olan adamları ilə görüşmüşdür

 

Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Parisdə Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan adamları ilə görüşmüşdür.

 Dövlət başçısını "MEDEF International"ın rəhbəri Jan Bürel qarşıladı.

Jan Bürel MEDEF-ə üzv olan adamları ilə görüşə vaxt ayırdığı üçün Azərbaycan Prezidentinə təşəkkür etdi. Bildirdi ki, görüşdə müxtəlif şirkətləri təmsil edən 60-a yaxın adamı iştirak edir.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, MEDEF-ə üzv olan adamları ilə keçirilən əvvəlki görüşlər Azərbaycan ilə Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaranmasına mühüm töhfə vermişdir.

 Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının sürətlə inkişaf etdiyini deyən dövlət başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını bildirdi. İqtisadi əməkdaşlığımızın gələcəkdə daha da şaxələndiriləcəyini söyləyən Prezident İlham Əliyev dedi ki, Fransanın aparıcı "Total" "GDF-Suez" şirkətləri Azərbaycanın uzunmüddətli tərəfdaşıdır.

Azərbaycanın enerji siyasətinin artıq regionun hüdudlarından kənara çıxdığını vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tərəfdaşları ilə birgə işləyir. "Azərbaycan nəhəng neft-qaz ehtiyatlarına malik ölkədir", - deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin şaxələndirilmiş boru kəmərləri infrastrukturu vardır. Hazırda Azərbaycanın qaz ehtiyatlarını müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcək yeni boru kəmərlərinin reallaşdırılması üzərində gedir. "Enerji təminatı marşrutlarının şaxələndirilməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir", - deyən Prezident İlham Əliyev bildirdi ki, bu sahədə Azərbaycanın maraqları avropalı tərəfdaşların maraqları ilə üst-üstə düşür bu gün ölkəmiz Avropanın etibarlı tərəfdaşıdır.

Hazırda Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Fransa şirkətlərinin regionun Avropanın enerji xəritəsini dəyişəcək TANAP layihəsinə cəlb olunmasına tərəfdardır.

Ölkəmizin iqtisadi uğurları haqqında danışan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan artıq iqtisadiyyatın şaxələndirilməsinə nail olmuşdur. Dövlət başçısı bu ilin altı ayı ərzində ölkəmizdə qeyri-enerji sektorunda ümumi daxili məhsulun 10 faiz, ümumiyyətlə, son 8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdırdı.

Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr digər məsələlərlə bağlı suallarla Prezident İlham Əliyevə müraciət etdilər.

Prezident İlham Əliyev Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırkı vəziyyəti gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya kommunikasiya texnologiyaları, gömrük digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verdi.

Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir.

(Görüşdən hazırlanan geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbaycan .- 2012.- 20 sentyabr .- S. 1.