Prezident İlham Əliyev Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunmuş qəbulda iştirak etmişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 19-da Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilmiş qəbul olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak etmişlər.

Dövlət başçısı qəbulda çıxış etdi.

Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmilərinin, tanınmış ictimai-siyasi, mədəniyyət xadimlərinin və digər nüfuzlu qonaqların iştirak etdiyi qəbulda milli mətbəximizin ləziz təamları təqdim olundu.

Tədbir konsert proqramı ilə davam etdi.

 

(Qəbuldan geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).

 

 

AzərTAc

 

Azərbayca.- 2012.- 20 sentyabr .- S. 2.