Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün təsis
edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına
uyğun olaraq qərara alıram:
1. Azərbaycanın
neft sənayesində səmərəli fəaliyyətinə
görə aşağıdakı şəxslərə Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Kasımov
Əlihüseyn Əlimuxtar oğlu
Süleymanov
Həsən Teymur oğlu
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 sentyabr
2012-ci il
Azərbaycan.- 2012.- 20 sentyabr.- S. 2.