Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilmişdir

 

Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) kollektivləri görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət etmiş, məzarı önünə əklillər qoyaraq xatirəsini ehtiramla anmışlar.

AMEA-dan AzərTAc-a bildirmişlər ki, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva və AQUPDK-nin sədri Hicran Hüseynova çıxış edərək alimin keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açmışlar.

Çıxışlarda professor A.İmanquliyevanın XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli simalarından biri olduğu, alimin zəngin irsinin gələcəkdə də əhəmiyyətli tədqiqat mövzusu olacağı bildirilmiş, onun elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən ətraflı söz açılmışdır.

 

 

Azərbaycan.- 2012.- 20 sentyabr.- S.11.