Azərbaycan Prezidenti İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
21-də FİFA-nın prezidenti Yozef Blatterin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə
FİFA U-17 qadınlar arasında futbol
üzrə dünya
çempionatının Azərbaycanda keçirilməsinin
önəmi qeyd edildi,
çempionata hazırlıq işlərinin
yüksək səviyyədə təşkil olunduğu
bildirildi. Görüşdə
həmçinin ölkəmizdə idmanın, o
cümlədən futbolun inkişafına
yüksək dövlət qayğısının göstərildiyi
vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə
bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirildi.
FİFA-nın prezidenti Yozef Blatter
FİFA U-17 qadınlar arasında futbol üzrə dünya
çempionatının xüsusi medalını və
FİFA-nın vımpelini dövlət
başçısına təqdim etdi.
AzərTAc
Azərbaycan.-2012.-
22 sentyabr.- S.3.