Azərbaycan
Parisdə keçirilən «Top Resa 2012» Beynəlxalq turizm sərgisində
uğurla təmsil olunur
Sentyabrın 18-də
Fransanın paytaxtı Parisdə "Top Resa 2012" Beynəlxalq
turizm sərgisi açılmışdır.
Mədəniyyət və Turizm
Nazirliyindən AzərTAc-a bildirmişlər ki, sentyabrın
21-də başa çatacaq bu mötəbər sərgidə
dünyanın bir çox ölkələrindən nüfuzlu
turizm şirkətləri iştirak edirlər.
Beynəlxalq sərgidə Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə
heyəti, həmçinin "Geo Travel", "Gilan
Tourism", "Millennium Tourism and Congress DMC" və "SW
travel" şirkətləri ilə təmsil olunur.
Sərgidə
respublikamızın turizm imkanlarını əks etdirən
71,25 kvadratmetr sahədə pavilyon
quraşdırılmış, eyni zamanda, burada "Azərbaycan
Hava Yolları" aviaşirkəti üçün xüsusi
yer ayrılmışdır.
Beynəlxalq sərgiyə gələn
ziyarətçi və iştirakçılara ingilis və
fransız dillərində Azərbaycanın turizm
imkanlarından bəhs edən müxtəlif növ
reklam-çap məhsulları, eləcə də digər təbliğat
materialları paylanılır.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2009-cu
ildən başlayaraq artıq dördüncü dəfədir
ki, "Top Resa" Beynəlxalq turizm sərgisində
iştirak edirlər.
Azərbaycan.- 2012.- 20
sentyabr.-S.10.