Gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin
dayandırılması və ləğv edilməsi
qaydaları
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 19 sentyabr tarixli 207 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası
Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi)
25.4-cü və 26-cı maddələrinə uyğun olaraq
hazırlanmışdır və gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssislərə ixtisas
attestatının verilməsi, fəaliyyətinin
dayandırılması və ləğv edilməsi qaydalarını müəyyən
edir.
1.2. Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsindən (bundan sonra - Komitə)
ixtisas attestatı almış mütəxəssislər
gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi
ilə əlaqədar hərəkətləri yerinə yetirmək
hüququna malikdirlər.
2. Gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi
üçün şərtlər
2.1. Gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssislər ali təhsilə malik
olan Azərbaycan Respublikasının fiziki şəxsləri
ola bilərlər.
2.2. Gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi
üçün gömrük rəsmiləşdirilməsinə
aid ixtisas attestatının (bundan sonra - ixtisas attestatı)
alınması məqsədi ilə Komitəyə müraciət
edilməlidir.
2.3. Gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis kimi fəaliyyət göstərilməsi
üçün şəxslər aşağıda qeyd edilən
sahələr üzrə biliyə malik olmalıdırlar:
2.3.1.
gömrük qanunvericiliyi
və gömrük işi
sahəsində - gömrük
prosedurları, mal və nəqliyyat vasitələrinin
Azərbaycan Respublikasının gömrük
sərhədindən keçirilmə qaydaları və şərtləri,
gömrük ödənişlərinin
növləri, gömrük rəsmiləşdirilməsinin
həyata
keçirilməsi qaydaları, gömrük
məqsədləri üçün xarici iqtisadi fəaliyyətin
mal nomenklaturasına uyğun
malların təsnifatı və bəyan edilməsi, malların
gömrük dəyərinin və mənşə
ölkəsinin müəyyən edilməsi qaydaları, gömrük orqanları tərəfindən gömrük və valyuta nəzarətinin həyata
keçirilməsi qaydaları, gömrük
statistikası, gömrük işi sahəsində qanunvericiliyin
pozulmasına görə məsuliyyət, gömrük
xidmətinin təşkili, gömrük
orqanlarının vəzifəli şəxslərinin statusu, hüququ və vəzifələri
barədə;
2.3.2. xarici iqtisadi fəaliyyət və
onun dövlət tənzimlənməsi sahəsində - xarici
iqtisadi sövdələşmələrin
bağlanılması və icra edilməsi, qiymətlər,
xarici ticarətdə sığorta və nəqliyyat şərtləri,
qadağa və məhdudiyyətlər, o cümlədən
lisenziyalaşdırma və sertifikatlaşdırma barədə;
2.3.3. iqtisadiyyat, vergi, maliyyə-kredit,
ödəniş-hesab və valyuta münasibətləri, bank
işi barədə;
2.3.4. gömrük sahəsinə aid hissədə
mülki hüquq, maliyyə hüququ, beynəlxalq və
dövlət hüququ və cinayət hüququ barədə;
2.3.5. Komitə
tərəfindən verilmiş hüquqlar çərçivəsində
mütəxəssisin fəaliyyəti üçün zəruri
olan gömrük orqanlarının elektron məlumat sistemlərindən
istifadə edilməsi barədə.
3. Gömrük rəsmiləşdirilməsi
üzrə ixtisas attestatının verilməsi
3.1. Namizədə ixtisas
attestatının verilməsi məqsədi ilə bu
Qaydaların 2.3-cü bəndində qeyd olunan sahələr
üzrə onun biliyə malik olub-olmaması Komitə tərəfindən
müasir texnologiyalardan istifadə edilməklə, test
üsulu ilə müəyyən edilir.
3.2. Gömrük
brokeri kimi fəaliyyət
göstərməsi üçün hüquqi şəxslər onların
ştatında olan əməkdaşlara ixtisas attestatının verilməsi üçün Komitəyə yazılı və
ya elektron formada müraciət edir və
aşağıda göstərilən sənədləri təqdim
edirlər:
3.2.1. hüquqi şəxsin vəsatəti;
3.2.2. gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssis kimi fəaliyyət
göstərməsi üçün hüquqi şəxsin ştatında olan əməkdaşın ərizəsi;
3.2.3. həmin əməkdaşın
şəxsiyyət vəsiqəsinin surəti;
3.2.4. hüquqi şəxs ilə onun
ştatında olan əməkdaş
arasında bağlanılmış əmək müqaviləsinin
və işə qəbulu barədə əmrin surəti;
3.2.5. əməkdaşın
müvafiq təhsili barədə dövlət
sənədinin təsdiq edilmiş surəti;
3.2.6. əməkdaşın
hansı fəaliyyət növü ilə
məşğul olmasını təsdiq edən sənədin
surəti.
3.3. Təqdim edilmiş sənədlərə Komitə tərəfindən
5 (beş) iş günü müddətində baxılaraq,
şəxsin testə buraxılması haqqında qərar qəbul
edilir.
3.4. Komitə tərəfindən
bu Qaydaların 3.2-ci bəndində qeyd olunmuş sənədlərdə
çatışmazlıqlar aşkar edildikdə,
namizədin testə buraxılmasından imtina
edilməsi barədə qərar qəbul edilir.
3.5. Qəbul edilmiş qərar barədə 1 (bir) iş günü
müddətində müraciət etmiş
şəxsə müvafiq qaydada
məlumat verilir və qəbul edilmiş qərarın surəti məlumata əlavə
olunur.
3.6. Bu Qaydaların 3.2-ci bəndində qeyd olunmuş sənədlərdə
çatışmazlıqlar aradan
qaldırıldıqdan sonra namizədin
testdən keçməsi üçün
tələb olunan sənədlər yenidən
Komitəyə təqdim edilə bilər.
3.7. Testdən uğurla keçmiş
namizədlərə 5 (beş) iş günü müddətində
ixtisas attestatı verilir
(ixtisas attestatının forması bu Qaydaların əlavəsində göstərilmişdir).
3.8. İxtisas attestatında aşağıdakı
məlumatlar göstərilir:
3.8.1. Komitənin tam adı;
3.8.2. ixtisas
attestatının nömrəsi;
3.8.3. ixtisas
attestatı verilən
fiziki şəxsin adı, soyadı, atasının adı və yaşadığı
ünvan;
3.8.4. ixtisas
attestatının verilmə
tarixi;
3.8.5. ixtisas
attestatının etibarlılıq
müddəti.
3.9. İxtisas attestatının əsli bir nüsxədən ibarət olaraq sahibinə verilir, ixtisas attestatının verilməsini təsdiq edən sənədlər
isə Komitədə
qalır. İxtisas attestatı yararsız
hala düşərsə
və ya itirilərsə, mütəxəssisə
ixtisas attestatının
dublikatı verilir.
3.10. İxtisas attestatının verilməsinə
görə Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin müəyyən
etdiyi məbləğdə
yığım alınır.
3.11. İxtisas attestatının qüvvədə
olma müddəti 5 (beş) ildir.
4. İxtisas attestatının
fəaliyyətinin dayandırılması
və ləğv
edilməsi
4.1. Gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssisin öz
vəzifələrini Gömrük
Məcəlləsinin və
bu Qaydaların tələblərini və
şərtlərini yerinə
yetirməməsi barədə
kifayət qədər
əsaslar olduqda, Komitə tərəfindən
ixtisas attestatının
fəaliyyəti 1 (bir)
il müddətinə
dayandırılır.
4.2. Mütəxəssisin
fəaliyyətində ixtisas
attestatının fəaliyyətinin
dayandırılmasına əsas
hesab edilə bilən hallar gömrük orqanı tərəfindən müəyyən
olunduqda, həmin halların qeydiyyatı aparılır və bu barədə dərhal Komitəyə məlumat verilir.
4.3. İxtisas attestatının fəaliyyətinin
dayandırılması Komitə
tərəfindən qəbul
edilmiş qərarla müəyyən olunur.
4.4. Qəbul edilmiş qərar barədə 1 (bir) iş günü müddətində barəsində
qərar çıxarılmış
şəxsə və
gömrük brokerinə
məlumat verilir və qərarın surəti məlumata əlavə edilir.
4.5. İxtisas attestatının fəaliyyətinin
dayandırılması ilə
razılaşmadıqda, mütəxəssis
inzibati qaydada və (və ya) məhkəməyə
şikayət edə bilər.
4.6. İxtisas attestatının fəaliyyətinin
dayandırılmasına səbəb
olmuş hallar aradan qaldırıldıqda,
həmin ixtisas attestatının fəaliyyətinin
bərpa edilməsi üçün gömrük
brokeri müəyyən
olunmuş qaydada Komitəyə müraciət
edir.
4.7. İxtisas attestatının fəaliyyətinin
dayandırılmasına səbəb
olmuş hallar 6 (altı) ay müddətində
aradan qaldırılmadıqda,
Komitə ixtisas attestatının ləğv
edilməsi üçün
məhkəməyə müraciət
edir.
4.8. İxtisas attestatı Komitə tərəfindən aşağıdakı
hallarda ləğv edilir:
4.8.1. gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssisin
öz arzusu ilə;
4.8.2. məhkəmənin
müvafiq qərarı
əsasında.
4.9. Qəbul edilmiş qərar barədə 1 (bir) iş günü müddətində barəsində
qərar çıxarılmış
şəxsə və
gömrük brokerinə
məlumat verilir və qərarın surəti məlumata əlavə edilir.
4.10. Gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssisin ixtisas
attestatının fəaliyyəti
dayandırıldıqda və
ya ləğv edildikdə, ixtisas attestatının verilməsinə
görə ödənilmiş
yığım geri qaytarılmır.
5. Yekun müddəa
Bu Qaydaların müddəalarının tələblərinin
pozulmasına görə
ştatında gömrük
rəsmiləşdirilməsi üzrə mütəxəssis
olan gömrük brokeri, gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislər və
gömrük orqanının
vəzifəli şəxsləri
qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
"Gömrük rəsmiləşdirilməsi üzrə
mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin
dayandırılması və
ləğv edilməsi
Qaydaları"na əlavə
Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi
Gömrük rəsmiləşdirilməsi
üzrə mütəxəssisin
___________¹-li
İXTİSAS ATTESTATI
(fiziki
şəxsin adı, soyadı və atasının adı)
Yaşadığı ünvan
_________________________________
İxtisas attestatının
verilmə tarixi:
____________________
İxtisas attestatının
etibarlılıq müddəti:
________________
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsinin sədri
İmza
M.Y.
Azərbaycan.-2012.-
22 sentyabr.- S. 4.