Bakıda «COMMONIST» müasir
incəsənət sərgisi
açılmışdır
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva açılış mərasimində
iştirak etmişdir
Sentyabrın
21-də "YARAT!" Müasir İncəsənət Məkanında "COMMONIST" layihəsi çərçivəsində
multikulturalizm mövzusuna
həsr olunmuş sərgi açılmışdır.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış
mərasimində iştirak
etmişlər.
AzərTAc xəbər verir
ki, sərgidə həyəcanlandırıcı mövzuya tamamilə müxtəlif baxışlarını
əks etdirən 19 rəssamın işi nümayiş olunur. Layihənin
"COMMONIST" adı hər
hansı siyasidən çox, daha geniş, universal mənaya
çağırışdır.
"COMMONIST" sağ və
ya sol baxışlara malik vətəndaş deyil, insan birgə
yaşayışının dəyişən qaydaları
ilə barışmaq
məcburiyyətində olan
vətəndaşdır. O, öz mülahizələrində
ümumbəşəri dəyərləri
rəhbər tutur.
Multikulturalizm yeni və çox sürətlə
inkişaf edən hadisə kimi açıq həyəcandan
və inadkar imtinadan tutmuş utancaq ümidə qədər son dərəcə
ziddiyyətli reaksiyaya
səbəb olur.
Multikulturalizmə siyasətçilər, sosioloqlar, filosoflar və yazıçılar
tərəfindən yüzlərlə
təriflər verilmişdir. "YARAT!" Müasir İncəsənət Məkanı hər kəsə təsir edən böyük və birmənalı olmayan fenomenin bədii interpretasiyasını
təqdim edir. Müəlliflərin hər biri multikulturalizmə öz şəxsi tərifini - bəzən müsbət və ya mənfi,
lakin əksər halda böyük sual işarəsini təklif edirlər.
Tədbirdə
"YARAT!" qeyri-kommersiya təşkilatının
təsisçisi Aida Mahmudova
çıxış edərək
layihə barədə
məlumat vermişdir.
O, Azərbaycanın müasir
incəsənətinin gözəl
gələcəyinə inamını
ifadə etmişdir. Aida Mahmudova sərginin
Sitarə İbrahimova
və İsfar Sarabskinin birgə hazırladıqları "Hüdud"
video musiqi performansı
ilə açıldığını
nəzərə çatdırmışdır.
Sərgi ilə
yaxından tanış
olan Mehriban xanım Əliyevaya buradakı bənzərsiz
sənət nümunələri
haqqında ətraflı
məlumat verilmişdir.
Layihənin iştirakçıları
həm gənclər,
həm də artıq tanınmış
rəssamlardan ibarətdir:
Afət Bağırova,
Aida Mahmudova, Əli Həsənov, Cemma Səttar, Faiq Əhməd, Fəxriyyə
Məmmədova, Fərid
Rəsulov, İlkin Hüseynov, Leyla Əliyeva, Mahmud Rüstəmov,
Məmməd Rəşidov,
Niyaz Nəcəfov, Orxan Hüseynov, Pərviz Cəfərov, Rəşad Babayev, Sitarə İbrahimova, Tərlan Qorçu, Vüsal Rəhim.
2011-ci ildə
Aida Mahmudova tərəfindən
əsası qoyulmuş
"YARAT!" müasir Azərbaycan
incəsənətinin təbliği
və inkişafı ilə məşğuldur. "YARAT!"ın qarşısına qoyduğu
məqsəd və tapşırıqlar həm
rəssamlığa yenicə
başlayan, həm də formalaşmış
rəssamlar üçün
professional yaradıcılıq platformasının yaradılmasından
ibarətdir.
Azərbaycanın dövlət və
hökumət nümayəndələrinin,
tanınmış sənət
adamlarının, ziyalıların
iştirak etdiyi sərgi böyük maraq doğurmuşdur.
Sonda bütün tədbir
iştirakçılarına minnətdarlığını bildirən "YARAT!" qeyri-kommersiya
təşkilatının təsisçisi
Aida Mahmudova üzərində
rəhbərlik etdiyi təşkilatın adı
yazılmış tortu
kəsmişdir.
Sərgi oktyabrın 22-dək davam edəcəkdir.
Azərbaycan.-2012.-
22 sentyabr.- S. 5.