Professor Nərgiz Paşayeva: «YARAT!» Müasir İncəsənət Məkanı fəaliyyət göstərdiyi müddətdə bir çox mühüm layihələrə imza atmışdır

 

 "YARAT!" Müasir İncəsənət Məkanı fəaliyyət göstərdiyi müddətdə bir çox mühüm layihələrə imza atmışdır. Təşkilat Azərbaycan məkanında, o cümlədən paytaxtımızda müasir incəsənət haqqında lazımi dərəcədə təsəvvür yarada bilmişdir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayeva demişdir.

N.Paşayeva vurğulamışdır ki, müasir incəsənət artıq Avropa ölkələrində özünə geniş yer tutmuşdur. Həmçinin, MDB məkanında son 15 ildə müasir incəsənət əsərlərinin geniş əks etdirilməsinə başlanılmışdır. Azərbaycanda da bu sənətin təqdimatı ilə məşğul olanlar üçün geniş imkanlar yaradılmışdır.

Professor demişdir ki, bu baxımdan "YARAT!" qeyri-kommersiya təşkilatı yaradıcı gənclərin bir araya gətirilməsi və onların yaratdıqları sənət əsərlərinin ölkədə və dünyada təbliği istiqamətində mühüm işlər görməkdədir. Təşkilata rəhbərlik edən Aida Mahmudova rəssamlıq üzrə mükəmməl təhsil aldığına görə bu sahədə heç də təsadüfi adam deyildir. Belə bir sahənin professionalların əlində olması yaxşı haldır. İşini sevən bir rəssam kimi Aida Mahmudovanın rəhbərliyi altında qurumun bir-birindən maraqlı layihələri son illər təkcə Azərbaycanda deyil

 

 

Azərbaycan.-2012.- 22 sentyabr.- S. 5.