Azərbaycan: hər sahədə rəqabətədavamlılıq uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir

 

 Dövlətlər arasında rəqabət müasir dünyanın reallıqlarından biridir. XXI əsrin qlobal çağırışlarından yaranan ictimai-siyasi, iqtisadi və mədəni proseslər dünyanın siyasi mənzərəsini sürətlə dəyişərək ölkələr, xalqlar, mədəniyyətlər arasında sağlam rəqabət mühitini formalaşdırmaqdadır. Ziddiyyət və qarşıdurmalara söykənməyən sağlam rəqabət inkişafın təkanverici qüvvəsidir. Belə ki, ümumi daxili məhsulun artımına və ya əmək məhsuldarlığına dair iqtisadi göstəricilərlə müqayisədə "dövlətin rəqabət qabiliyyəti" anlayışı ölkənin iqtisadisosial inkişafının strateji məqsədlərini, potensialını daha dolğun və əhatəli şəkildə nümayiş etdirən obyektiv meyardır.

Təsadüfi deyildir ki, bir sıra inkişaf etmiş dövlətlərdə rəqabət imkanlarının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Çünki, dövlət məhz sağlam rəqabət sayəsində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə tərəqqiyə, özünütəsdiqə nail ola bilir. İqtisadi-sosial sahədə sağlam rəqabət dövlətin yüksəlişi, əhalinin güzaranının yaxşılaşdırılması ilə nəticələndiyi halda, siyasətdə innovativ ideyaların müqayisəli təhlili ilə optimal variantların əldə olunması və tətbiqidir.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası iqtisadiyyatımızda əsaslı kəmiyyət və keyfiyyət dəyişiklikləri, davamlı islahatlarla müşayiət olunmaqdadır. Ötən iyirmi il ərzində Azərbaycan dövləti bir sıra sahələrdə - siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, sosial həyatın müxtəlif sahələrində, hətta idmanda da rəqabətə davamlılığını sübuta yetirmişdir. Məsələn, 2011-ci ildə dünya birliyi gərgin rəqabət şəraitində Azərbaycan Respublikasının namizədliyini dəstəkləyərək onu BMT-nin Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu ilin may ayında Azərbaycanın ilk dəfə şuranın iclaslarına sədrlik etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, söz sahibi olmasının təzahürüdür. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanbu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi  neft strategiyası, "Bakı-Tbilisi-Ceyhan", "Bakı-Tbilisi-Ərzurum" neftqaz kəmərlərinin istismara buraxılması kimi qlobal layihələr regionda həm iqtisadi, həm də siyasi mənzərəni müsbədoğru dəyişmiş, inteqrasiya prosesini sürətləndirmiş, Azərbaycanın enerji ehtiyatlarının hasilatı və nəqli üzrə rəqabətədavamlı ölkəyə çevirmiş, bölgədə yeni prioritetlərin, əməkdaşlıq formalarının müəyyənləşdirilməsinə səbəb olmuşdur. London Yay Olimpiya Oyunlarının yekunları isə Azərbaycanın idmanda rəqabət imkanlarını nümayiş etdirmişdir. İdmançılarımız Vətənə 10 medalla qayıtmış, mükafatların sayına görə 200-dən çox  ölkə arasında 30-cu yer tutmuşlar.

Zəngin potensiala malik Azərbaycanın dinamik inkişafı, ölkədə rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına yönəldilmiş əsaslı islahatların aparılması dünyanın nüfuzlu iqtisadi qurumlarının da diqqət mərkəzindədir. Dünya İqtisadi Forumunun 2012-2013-cü  illər üçün qlobal rəqabətliliyə dair son hesabatında Azərbaycan ötən il tutduğu mövqeni nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmış, infrastruktur, təsisatlar, makroiqtisadi mühit, əmtəə və işçi bazarının səmərəliliyi, texnoloji hazırlıq, bazarın həcmi, innovasiya  və digər göstəricilərə görə 144 dövlət arasında 46-cı yerdə qərarlaşmışdır. Bu, Azərbaycanın unikal  inkişaf modelinin, ölkədə aparılan sosial-siyasiiqtisadi islahatların məntiqi nəticəsidir. Beləliklə, Azərbaycan Respublikası ilk dəfə olaraq, "dünyanın rəqabətədavamlı 50 ölkəsi" kateqoriyasına daxil edilmişdir. Qeyd olunmalıdır ki, Ümumdünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyəti reytinqinə dair hesabatı 1979-cu ildən etibarən tərtib edir. Dünyanın aparıcı alimlərinin iqtisadi inkişafa dair formul və nəzəriyyələrinə əsaslanan hesabat 142 ölkədən təqribən 14 min respondent - adamı arasında keçirilmiş sorğunun yekunları üzrə hazırlanmışdır. Siyahıda İtaliya, Türkiyə, Braziliya, Malta kimi ölkələrlə qonşu olan Azərbaycan MDB dövlətləri içərisində birinci olmuş, Qazaxıstanı, Rusiyanı, Ukraynanı xeyli geridə qoymuşdur. Reytinq cədvəlində əksini tapmış məlumat və qeydlərin təhlili göstərir ki, Azərbaycan daha böyük potensiala malikdir və yaxın gələcəkdə siyahının daha yüksək pillələrində mövqeyini möhkəmləndirə biləcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının  rəhbəri, akademik Ramiz Mehdiyev "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" məqaləsində yazır: "Qlobal dünyada ən yeni texnologiyaları mənimsəyən, insanın hərtərəfli inkişafına sərmayə qoyan millətlər rəqabətə daha davamlı olacaqlar. Millətin modernləşməsi, onun rəqabət potensialının artırılması zamanın qarşısıalınmaz tələbidir. Əgər biz müasir tarixin artan tələblərinə cavab vermək, Azərbaycanın daha da çiçəklənməsinə nail olmaq istəyiriksə, bu tələblə hesablaşmalıyıq". Azərbaycanın iqtisadi yüksəlişini,  onun unikal inkişaf modelinin  mükəmməlliyini təsdiqləyən məqamlardan biri 2009-2010-cu illər ərzində dünyanı, eləcə də inkişaf etmiş dövlətləri bürüyən böhranın ölkəmizin sosial-iqtisadi vəziyyətinə nəzərəçarpacaq təsir göstərməməsidir. Əksinə, dövlət başçısı İlham Əliyevin yürütdüyü çevik və qabaqlayıcı strategiya dövlətimizə qlobal çətinliklər şəraitində də yüksəlişə nail olmağa imkan vermişdir. O da qeyd olunmalıdır ki, bu gün Azərbaycanın Cənubi Qafqazın iqtisadiyyatında ümumi payı 80 faizi üstələmişdir. Regionda həyata keçirilən bütün irimiqyaslı layihələrin reallaşmasında ölkəmiz həlledici sözə və aparıcı mövqeyə malikdir.

Ötən ilin mart ayının 1-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişaf istiqamətində qazandığı nailiyyətləri vurğulayaraq, qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyinə əminliyini bildirmişdir. Statistik rəqəmlərə əsasən, son səkkiz il ərzində ölkədə ümumi daxili məhsulun həcmi üç dəfə artmış, bir milyondan artıq yeni yeri açılmış, yoxsulluq dərəcəsi beş dəfə azalmışdır. Təkcə ötən il Azərbaycan iqtisadiyyatına 15,4 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur. Son 6-7 ildə ölkə ərazisində 2 mindən çox orta təhsil məktəbi, 400-dən artıq səhiyyə müəssisəsi tikilərək əhalinin istifadəsinə verilmişdir. Proqnozlara əsasən, 2012-ci ilin sonunadək ölkədə iqtisadi artımın 5,7 faiz təşkil edəcəyi, 2015-ci ildə isə orta illik iqtisadi artımın 6,3 faizə çatacağı gözlənilir. Nazirlər Kabinetinin bu ilin iyul ayının 11-də keçirilmiş iclasında dövlət başçısı iqtisadi islahatlar sahəsində qazanılan uğurları dəyərləndirərək demişdir: "Azərbaycanda aparılan köklü iqtisadi islahatlar bugünkü reallıqları mümkün etmişdir. Biz iqtisadi islahatları daha da sürətləndirməliyik. Biz 20 il ərzində həm siyasi, həm iqtisadi sahədə köklü islahatlar aparmaqla ölkəmizi yeni müstəviyə gətirib çıxarmışıq. Azərbaycan artıq ortagəlirli ölkələr sırasındadır, qarşıya vəzifə qoyulubdur ki, yüksəkgəlirli ölkələr sırasında olsun, inkişaf etmiş ölkəyə çevrilsin. Bunun üçün iqtisadi islahatlar davam etdirilməlidir. Bu islahatların böyük bir hissəsi artıq icra edilib, həm qanunvericilikdə öz əksini tapıbdır, həm də verilən qərarlarda və gündəlik həyatda da biz bunu görürük". Bu baxımdan, "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamı dövrün çağırışı olmaqla, qarşıdakı növbəti inkişaf mərhələsində ölkənin iqtisadi, siyasisosial sahələrdə dinamik tərəqqisinə, vətəndaşların rifah halının daha da yüksəldilməsinə təminat verən strateji vəzifələrin müəyyənləşdirilməsinə yönəldilmişdir. 2013-2023-cü illəri əhatə edəcək İnkişaf Konsepsiyasının hazırlanması prosesində bir sıra prioritet fəaliyyət istiqamətlərinin əhəmiyyəti xüsusi vurğulanmalıdır. Belə ki, qarşıdakı 20 il ərzində siyasi sahədə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması, demokratik təsisatların inkişaf etdirilməsi, ictimai həyatda vətəndaş cəmiyyətinin rolunun artırılması, qanunun aliliyinin təminatına yönəldilmiş hüquq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə səylərin artırılması nəzərdə tutulmuşdur. İqtisadi sahədə  qeyri-neft sektorunun daha da genişləndirilməsi və üstün mövqeyinin təmin edilməsi sayəsində davamlı iqtisadi inkişafa nail olunması, ümumi daxili məhsulun həcmində və dövlət büdcəsində təbii ehtiyatlar amilinin azaldılması, sənayedə, kənd təsərrüfatında innovativ ideyaların tətbiqi mexanizmlərinin yaradılması, iqtisadiyyatın rəqabət qabiliyyətinin daha da yüksəldilməsi, bütün bölgələrin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsinə qaldırılması planlaşdırılmışdır. Sosial sahədə qarşıya qoyulan tələblərdə isə ölkədə yoxsulluğun səviyyəsinin minimuma endirilməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təşkili, cəmiyyətdə orta təbəqənin rolununxüsusi çəkisinin artırılması, Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafı, insan amilinin gücləndirilməsi və digər məsələlər önə çəkilmişdir.

 Son səkkiz il ərzində Azərbaycanda regionların inkişafına dövlət qayğısı xeyli artmışdır. Bölgələrdə quruculuq və abadlıq işləri ənənəvi xarakter alır, yeni sənaye, kənd təsərrüfatı obyektləri işə salınır, təhsil, səhiyyə obyektləri, sosial təyinatlı digər tikililər inşa edilir. "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" söyləyən Azərbaycan Respublikasının Prezidenti Ehtiyat Fondundan bu işlərə böyük miqdarda vəsait ayırır. Fərəhləndirici haldır ki, məhz regionların inkişafı, sosial şəraitin yaxşılaşdırılması nəticəsində kəndlərdən şəhərə axın xeyli azalmışdır. Artıq bölgələr arasında quruculuq işlərində, əhalinin güzəranının yaxşılaşdırılması, məşğulluq sahələrində  sağlam rəqabət başlanmışdır.  Bu il Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində minlərlə yaşayış evi dağılmış, əhaliyə külli miqdarda maddi ziyan dəymişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu çətin günlərdə də müdrik dövlət başçısı olaraq, zəlzələ bölgəsi sakinlərinin yanında olmuş, ziyanın qısa vaxt ərzində aradan qaldırılması, yeni yaşayış evlərinin inşası məqsədilə Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən əlavə vəsaitin ayrılması barədə sərəncam vermişdir. Dövlət başçısı demişdir: "Biz Azərbaycan vətəndaşlarının normal, rahat yaşamasına çalışmalıyıq və bütün evlər dövlət hesabına yenidən tikiləcəkdir". Qeyd etmək lazımdır ki, hətta inkişaf etmiş ölkələrdə dövlət təbii fəlakətlərdən zərər çəkmiş sakinlərin mənzil tikintisinə dair üzərinə heç bir öhdəlik götürmür. Bu funksiya mənzil, mülk sahibləri ilə müqavilə bağlamış sığorta şirkətlərinin üzərinə düşür. Lakin, ölkəmizdə sığorta sisteminə keçid mexanizmi tam təmin olunmadığından Azərbaycan hökuməti dövlət başçısının tapşırığına əsasən, zəlzələdən zərər çəkmiş bölgədə tikinti-bərpa işi ilə əlaqəli təşkilati və maliyyələşdirmə tədbirlərini operativ şəkildə öhdəsinə götürmüşdür.           

İyirmi illik müstəqillik tarixinə malik olan Azərbaycan Respublikası bu gün dünyada sosial-siyasi sabitliyi, iqtisadi inkişafı və davamlı olaraq artan potensialı ilə seçilməkdədir. Azərbaycan dövlətinin xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər, inteqrasiya imkanları onun etibarlı tərəfdaş kimi təkcə regionda deyil, beynəlxalq miqyasda da mövqelərini xeyli möhkəmləndirmişdir. Azərbaycan dünyanın qlobal problemləri ilə əlaqəli məsələlərin həllində, sülh və təhlükəsizliyə, qarşılıqlı faydalı əməkdaşlığa, sivilizasiya və mədəniyyətlərin birgəyaşayışına qarşı yönəldilmiş təhdidlərlə mübarizədə fəal iştirakçı olmaqla yanaşı, prinsipial mövqe nümayiş etdirməkdədir. Diplomatiya sahəsində ardıcıl uğursuzluğa məruz qalan, "müstəqil dövlət" anlayışını özündə ehtiva edə bilməyən  Ermənistanın bu gün siyasi spekulyasiya mövzularından biri Macarıstanda məhkum olunmuş Azərbaycan zabiti Ramil Səfərovun Vətənə qaytarılmasıdır. Xüsusilə vurğulanmalıdır ki, bu məsələ Azərbaycan dövlətinin, Azərbaycan Respublikası Prezidentinin daim diqqət mərkəzində olmuş və beynəlxalq hüquq normaları çərçivəsində məqsədyönlü və ardıcıl aparılmışdır. Azərbaycan Respublikasının Dövlət bayrağının şərəfini qoruyan Ramil Səfərovun vətənə qaytarılmasında cənab İlham Əliyev müdrik rəhbər və həqiqi vətəndaş kimi ümummilli məsələlərdə prinsipial mövqeyini bir daha göstərərək, hər bir azərbaycanlının hüquq və azadlıqlarının, təhlükəsizliyinin təminatçısı olduğunu sübut etmişdir. Ramil Səfərovun Azərbaycana verilməsi təkcə Azərbaycan və Macarıstan dövlətləri arasında ikitərəfli hüquqi münasibətlərin predmeti deyildir. Bu proses dünya birliyi tərəfindən qəbul olunmuş beynəlxalq hüquq normalarının tələblərinə ciddi əməl olunmaqla həyata keçirilmişdir. Xatırladaq ki, bu normalar "Məhkumların təhvil verilməsi haqqında" 1983-cü il tarixli Strasburq Konvensiyasında əhatəli şəkildə təsbit olunmuşdur. Sənədə əsasən, Konvensiyaya qoşulmuş bir dövlət məhbusu cəzasını və ya cəzasının qalan hissəsini çəkmək üçün onu vətəndaşı olduğu dövlətə vermək hüququna malikdir. Bu baxımdan, həm Macarıstanın, həm də Azərbaycanın hamılıqla qəbul olunmuş hüquqi prosedurlara əməl etməsinin rəsmi Yerevan tərəfindən isterik qarşılaması və narazılığını emosional şəkildə ifadə etməsi hüquqi məntiqə sığmasa da, Ermənistanda baş verən sosial-siyasi proseslər baxımından tamamilə izah olunandır. Əvvəla, Ermənistanın bu məsələ ətrafında süni qalmaqal yaratmasına, Macarıstanı "antierməni fəaliyyətində" ittiham edib bu dövlətlə diplomatik münasibətləri birtərəfli qaydada dayandırmasına mənəvi haqqı yoxdur.

Təhlillər göstərir ki, Ramil Səfərovun Azərbaycana qaytarılması ətrafında siyasi spekulyasiya ilk növbədə Ermənistan ictimaiyyətinin diqqətini ölkədəki sosial problemlərdən yayındırmaq məqsədi daşıyır. Serj Sarkisyan rejimi qarşıdakı 2013-cü il prezident seçkiləri ərəfəsində tam siyasi iflas vəziyyətindədir. Ölkədə sosial narazılıqlar, siyasi etirazlar kütləvi itaətsizlik həddinə çatmaqdadır.  Həyat səviyyəsi sürətlə aşağı düşür, işsizlik, qiymət artımı, yoxsulluq nəticəsində miqrasiya halları total xarakter almışdır. İşğalçı ölkənin xarici borclarının həcmi də ildən-ilə çoxalmaqdadır. Son məlumata əsasən, hər il "əzabkeş ölkəni" təqribən 50-60 min nəfər tərk edir. Yaxın dövrlərdə bu "vətənpərvərlər axınının" iki dəfə artacağı gözlənilir. Bu il sentyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə ATƏT-in üzvü olan ölkələrin səfirlərini qəbul edərkən bu spekulyasiyanın səbəblərinə də aydınlıq gətirmişdir. Dövlət başçısı demişdir: "Onlar ölkədaxili lazımsız hay-küy yaradırlar. Mən əfv sərəncamımla bağlı Ermənistan prezidentinin daxili problemlərini başa düşürəm. Lakin, bu onun problemidir, bu, regionun problemi deyildir. Hər bir prezidentin ölkədaxili problemi ola bilər. Lakin bu, heç qeyri-etik davranaraq sülh prosesini zədələmək üçün səbəb ola bilməz".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında xalqımızın ədalətli mövqe iradəsinin əsas ifadəçisi olan Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan işğal altında qalan torpaqlarımızın geri qaytarılması üçün sülh yolundan savayı, alternativ həll imkanlarına da malikdir. Azərbaycan öz ərazi bütövlüyünün bərpası istiqamətində siyasi diplomatik fəaliyyəti gücləndirməklə yanaşı iqtisadi qüdrətini hərbi potensialını da möhkəmləndirməkdədir. Dövlət başçısı bu barədə bildirmişdir: "Güclü ordu danışıqlarda bizim mövqeyimizi böyük dərəcədə gücləndirir. Azərbaycanın iqtisadi imkanları genişlənir. Azərbaycan nəinki bölgədə, dünya miqyasında güclü ölkəyə çevrilir. Əlbəttə, bizim iqtisadi maliyyə, eyni zamanda, siyasi resurslarımız məsələnin ədalətli, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə gətirib çıxaracaqdır". Bu günlərdə Bakıda rəsmi səfərdə olan NATO-nun baş katibi Andres Foq Rasmussen Azərbaycanla Şimali Atlantika Alyansı arasındakı əlaqələrə dair verdiyi bəyanatda bildirmişdir ki, Azərbaycan NATO üçün mühüm tərəfdaşdır   münasibətlər sabit müsbət axarda inkişaf edir. Baş katib onu da əlavə etmişdir ki, "Dialoqumuzun əməkdaşlığımızın güclü çərçivəsi vardır. Biz güclü üzunmüddətli tərəfdaşlıq qurmaq imkanına malikik. əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq". Azərbaycan ictimaiyyəti əmindir ki, erməni işğalı altında olan torpaqlarımız Prezidenti İlham Əliyevin rəhbərliyi uzaqgörən siyasəti nəticəsində tezliklə azad ediləcək, qaçqın məcburi köçkünlərimiz daimi yaşayış yerlərinə qayıdacaqlar. Dövlət başçısının sözləri ilə desək: "Biz malik olduğumuz, özümüzə məxsus olan beynəlxalq aləmin təsdiq etdiyi bir ərazinin qaytarılmasından danışırıq bunun sadəcə tez ya gec baş verməsindən danışmaq olar".

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın rəqabətə davamlılığının təməli xalqla hakimiyyətin birliyində, qarşılıqlı inam etimaddadır. İyirmi illik unikal inkişaf yolu keçərək iqtisadi, siyasi hərbi sahələrdə özünün rəqabət qabiliyyətini dəfələrlə həm daxildəki siyasi qüvvələrə, həm beynəlxalq aləmə təsdiqləyən Azərbaycan Respublikası üçün Ermənistan rəqib ola bilməz bu gün onunla güc müstəvisində danışmaq mümkünsüzdür. Bu gün qarşıdakı 20 ilin Azərbaycanının inkişaf konturları müəyyən edilmişdir. Bu inkişaf ölkə daxilində insan amilinə söykənən dayanıqlı iqtisadi-sosial tərəqqiyə, sabitliyə, demokratikləşməyə, beynəlxalq məkanda isə qlobal çağırışlara cavab verən qarşılıqlı faydalı əməkdaşlığa, regionda dünyada sülh təhlükəsizliyin təminatı uğrunda fəaliyyətə əsaslanır.

 

 

Fərhad MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti yanında

Strateji Araşdırmalar Mərkəzinin direktoru

 

Azərbaycan.-2012.- 22 sentyabr.- S. 6.