Ölkəmizə qarşı qərəzli qətnamələrin necə və hansı formada qəbul edilməsi hər kəsə bəllidir

 

 Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun vətənə qaytarılması əfvi məsələsi ilə bağlı 732 üzvü olan Avropa Parlamentinin (AP) 76 nəfərin iştirakı, 58 nəfərin lehinə, 13 nəfərin əleyhinə səs verməsi ilə qəbul olunan qətnamə obyektivlikdən uzaq bir sənəd kimi qiymətləndirilir. AP-nin bir qrup deputatı bundan öncə kiçik bir tərkibdə toplaşaraq Azərbaycana qarşı qərəzli mövqe tutaraq qətnamə qəbul etmişdi. Bu dəfə isə Ramil Səfərovun Azərbaycana təhvil verilməsi  həmin deputat qrupunu ciddi "narahat" edib. Ancaq bəllidir ki, bu qətnamə yalnız Ermənistan hakimiyyəti erməni lobbisinin maraqlarına xidmət edir. Erməni terror təşkilatı ASALA-nın dünya azərbaycanlılarına qarşı təhdidlərinə heç bir reaksiya verməyən AP-nin belə bir bəyanatı təəssüf doğurur. Bu məsələyə Azərbaycan ictimaiyyəti, Milli Məclisin deputatları kəskin etirazlarını bildirirlər.    

 

Rasim MUSABƏYOV - Milli Məclisin deputatı:

- Məsələ burasındadır ki, ASALA həm Avropada, həm ABŞ-da terror təşkilatı kimi tanınıb. Çünki məhz onların ərazilərində ASALA-nın döyüşçüləri türk diplomatlarına qarşı terror aktları təşkil ediblər. Eynilə həm ABŞ, həm Fransa vətəndaşları bu terror aktlarının qurbanı olublar. Odur ki, sözügedən təşkilat bu ölkələrdə terror qruplaşması kimi tanınıb.

Digər məsələ isə ondan ibarətdir ki, ASALA terror təşkilatı, ümumiyyətlə, gizlənib. Mən düşünürəm ki, bu gün ASALA-nın adından ya qorxutmaq məqsədi ilə aksiyalar keçirilir, ya da Ermənistanın həmin xüsusi xidmət orqanları ASALA-nın himayəsi altında, yaxud bu təşkilatın ənənəvi terror siması arxasında xaricdə olan Azərbaycanın səlahiyyətli şəxslərinə qarşı müxtəlif tipli terror aktları təxribatlar təşkil etmək iqtidarındadırlar. Lakin bu gün dünya elədir ki, bu tipli hərəkətləri gizlətmək onlara görə məsuliyyətdən qaçmaq çətin məsələdir. Əgər kimsə fırıldaqçılıqdan belə aksiyalar planlaşdırırsa, bir şeyi dərk etməlidir ki, əvəzi mütləq olacaq. Avropa Parlamentinə gəldikdə isə, əslində bu qurum ASALA-nın azərbaycanlılara qarşı təhdidlərinə qiymət verməliydi.

 

Vahid ƏHMƏDOV - Milli Məclisin deputatı:

- Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə Ramil Səfərovun ektstradisiyası əfv edilməsi ilə bağlıdır. Ancaq bu qurumun üzvləri çox dəqiq bilirlər ki, Azərbaycan Macarıstan beynəlxalq konvensiyanın tələblərinə uyğun ekstradisiyanı həyata keçiriblər. Ramil Səfərovun əfv edilməsi isə Konstitusiyaya uyğun Azərbaycan Prezidentinin sərəncamı ilə həyata keçib. Beynəlxalq ictimaiyyət vəziyyəti çox yaxşı başa düşür. Ona görə mən hesab edirəm ki, Avropa Parlamentinin bu qətnaməsi qeyri-obyektivdir həmin sənədin Azərbaycanın xarici siyasətinə, diplomatiyasına heç bir təsiri olmayacaq. Çünki biz Azərbaycana qarşı belə qərəzli qətnamələrin necə hansı formada qəbul edilməsini yaxşı bilirik. 20 ildir torpaqlarımız işğal altındadır beynəlxalq təşkilatların Ermənistan qoşunlarının işğal etdikləri torpaqlardan geri çəkilməsini tələb edən saysız-hesabsız qətnamələri var. Bəs bu qətnamələr nədən yerinə yetirilmir?

ASALA terror təşkilatı ikinci dəfə dünya azərbaycanlılarını terrorla hədələdi. Dünya birliyi yenə susqundur. Amma Azərbaycan daim terrora qarşı mübarizə aparıb aparacaq da. Əli hər şeydən üzülən Ermənistan indi terrorçu qruplaşma ilə Azərbaycanı hədələyir. İşğalçı ölkə anlayır ki, gec-tez bütün sahələrdə Azərbaycana məğlub olduğunu etiraf edəcək. Öz yaxın tarixi ərzində dəfələrlə dünyanın müxtəlif yerlərində qanlı terror əməlləri törətmiş caniləri Ermənistana gətirərək onlara vətəndaşlıq pasportu verən bir ölkənin indiyədək Avropanın heç bir beynəlxalq qurumu tərəfindən qınağa məruz qalmaması faktı Azərbaycan ictimaiyyətində təəssüf doğurmaya bilməz. Çünki həmin terrorçular Ermənistana ekstradisiya edildikdən sonra bu ölkənin hərbi birləşmələri tərkibində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində dinc əhaliyə qarşı bir sıra ağır hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmişlər. Necə olur ki, Avropada qanlı terror hadisələri törədib ömürlük həbs cəzasına məhkum olunmuş ASALA-nın üzvləri azadlığa buraxılaraq Ermənistanda "milli qəhrəman" elan edilir bundan narahatlıq yaranmır? Amma əzizləri gözü önündə qətlə yetirilən bir şəxsin mübahisə zəminində bir nəfəri öldürüb 8 il həbsxanada yatmasından sonra əfv edilməsi Qərb ölkələrini məyus edir? Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın dünyada artan nüfuzu, Cənubi Qafqazda lider dövlətə çevrilməsi beynəlxalq təşkilatları, bəzi qüvvələri narahat edir. Daha böyük təəssüf doğuran odur ki, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirmək onların qarşısına məqsəd kimi qoyulub.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2012.- 22 sentyabr.- S. 6.