İki
Müqəddəs Ocağın Xadimi, Səudiyyə
Ərəbistanının Kralı əlahəzrət Abdullah bin Əbdüləziz
Al Səuda
Əlahəzrət!
Əziz qardaşım!
Səudiyyə Ərəbistanının
milli bayramı - Krallıq elan edilməsi günü
münasibətilə Sizə və Sizin simanızda
bütün xalqınıza şəxsən öz adımdan
və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi
yetirirəm.
Əminəm
ki, ölkələrimiz arasındakı
qarşılıqlı etimad və dəstəyə
əsaslanan münasibətlər, ikitərəfli və
çoxtərəfli qaydada səmərəli
əməkdaşlığımız qardaş
xalqlarımızın iradəsinə uyğun
olaraq bundan sonra da müvəffəqiyyətlə
davam edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə
Ərəbistanının qardaş xalqına sülh və
rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 8 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
23 sentyabr.- S.1.