Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

 

 Şahzadə həzrətləri!

Əziz qardaşım!

Milli bayramınız - Krallıq elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

 Ümidvaram ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 sentyabr 2012-ci il

 

Azərbaycan.-2012.- 23 sentyabr.- S.1.