Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

 ¹ 206  Bakı şəhəri, 18 sentyabr 2012-ci il

 

 Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında

 

 "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli fərmanının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 745 nömrəli fərmanının 1.1-ci bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması istifadəsi Qaydaları"nın 2.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət Taxıl Fonduna taxılın tədarükü 500 (beş yüz) min ton həcmində müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2012.- 20 sentyabr.- S.2.