Ermənistan ordusu ağır sarsıntılar içindədir
Bu ordunun hərbi
qulluqçuları işgəncələr altındadı
Bu gün Ermənistan bütün
sferalarda olduğu kumi, ordu quruculuğu
sahəsində də ağır problemlərlə
üz-üzə dayanıb. Ordu büdcədən
maliyyələşir. Büdcə isə ölkəni öz ağuşuna
almış ağır iqtisadi böhran üzündən suyu
sovrulmuş dəyirmana dönüb.
Vaxtilə öz gəlirləri
ilə büdcəyə yardımçı olan
nəhəng sənaye müəssisələrinin əksəriyyətinin
qapıları qapanıb. İşsizlik əzabına
düçar olmuş
yüz minlərlə təcrübəli
mütəxəssis, xüsusilə, hərbi səfərbərlik
yaşına çatmış gənclərin böyük əksəriyyəti bir parça çörək
xatirinə cəlayi-vətən olub.
Ölkə
qadınların, azyaşlı uşaqların və iş qabiliyyətini itirmiş
qocaların ümidinə qalıb. Vaxtilə 1 milyondan
artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin
salanların özləri indi didərginə
dönüblər. Ölkədə inflyasiya
artıb. Ərzaq məhsullarının qiymətləri
azı 2-3 dəfə bahalaşıb. Uzun illərdən bəri öz yerində ayaq
döyən, artımdan məhrum, cüzi
maaş və təqaüdlər belə
bəzən aylarla ödənilmir. Ölkənin
idarəetmə orqanlarında və dövlət
strukturlarında baş alıb gedən
rüşvətxorluq və korrupsiya onsuz da ağır problemlər
bataqlığında çırpınan, Rusiya və İranın, həmçinin əcnəbi
ölkələrdəki erməni diasporlarının cüzi ianələri ilə dolanan
dövləti daha çıxılmaz vəziyyətdə
qoyub.
Dövlət
strukturlarının uzun illərdən bəri
ciddi daxili çəkişmələr
və qarşıdurmalar meydanına dönməsi bir çox idarəetmə
orqanlarını iflic vəziyyətinə
salıb. Bu hal Ermənistan
silahlı qüvvələrində, hüquq-mühafizə
orqanlarında daha çox
nəzərə çarpır. Dövlət məmurlarının
öz vəzifə səlahiyyətlərindən
sui-istifadə etmələri, rəhbər şəxslərin
ölkənin və millətin faciəli taleyini
unudub yalnız öz
şəxsi mənafelərini güdmələri Ermənistanın
gələcəkdə daha böyük sarsıntılara düçar
olacağından xəbər verir.
Ermənistan silahlı qüvvələrində
nizam-intizam pozulub. Şəxsi heyətin mənəvi-psixoloji
vəziyyəti gərgindir. Ötən il orduda
2216 cinayət hadisəsi
baş verib ki, bu da
2010-cu ildəkindən xeyli
artıqdır. Ermənistan ordusunda
əsgərlərin əsəb
gərginliyi üzündən
bir-birlərini güllə
yağmuruna tutması,
zabitlərin əsgərləri
təhqir etməsi, onlara işgəncələr
verməsi adi hala çevrilib. Ermənistan hüquq müdafiəçilərinin
məlumatına görə,
bu cür əxlaqsızlıq və
yaramazlıq halları
Xankəndi və Şuşadakı hərbi
hissələrdə daha
geniş şəkil alıb. Hərbi hissələrdə əsgərlərin zorlanmasından
tutmuş, rüşvətxorluq
və silahların gizli yolla satışınadək
ən ağır cinayətlərə rəvac
verilir.
Ermənistan Əsgər
Anaları Komitəsinin
bu yaxınlarda güc orqanlarına, insan hüquqlarını müdafiə strukturlarına
və ölkə prezidentinə ünvanladıqları
məktubda hərbi hissələrin demək olar ki, hamısında
rüşvətxorluq, dövlət
əmlakını mənimsəmə,
sovetlər dövründən
qalma "dedovşina",
fərarilik, əxlaq pozğunluğu və təcavüz hallarının
olduğu bildirilmiş,
bu anarxiya və başıpozuqluğun
aradan qaldırılması
üçün təcili
tədbirlər görülməsi
tələb edilmişdir.
Bu vəziyyət Ermənistanın işğal
etdiyi Azərbaycan ərazilərində yerləşdirilmiş
hərbi birləşmələrdə
daha çox müşahidə olunur.
Orada baş verən rüşvətxorluq
və dövlət əmlakını mənimsəmə
kimi cinayətlərin
baş verməsinə
əsas səbəb zabitlərin
maaşlarının minimum yaşayış tələbatına
çatmamasıdır. İlin əvvəlindən
bu günədək hərbi hissələrdəki
zabitlər yüzlərlə
əsgərdən pul
tələb etmiş və tələbatları
ödənilməyəcəyi təqdirdə onları ağır işgəncələrə
məruz qoyacaqlarını
bildirmişlər. Əsgərlər bu barədə valideynlərinə məlumat
vermişlər. Onlardan
yalnız 2 nəfəri
rəsmi şəkildə
yuxarı dairələrə
şikayət etdikləri
üçün, güya
"intihar ediblər"
adı ilə o dünyaya göndərilmişdir.Bu
günlərdə erməni
hüquqşünasları Yerevanda keçirilən mətbuat konfransında hərbi hissələrdəki
zorlamalara son qoymaq üçün Ermənistan
ordusuna qadınların
cəlb olunması barədə təklif də irəli sürüblər. Hətta Vaqe
Qriqoryan adlı bir vəkil həyasızcasına bildirib
ki, "orduda kişilər arasında cinsi əlaqəyə səbəb orada yalnız kişilərin olmasıdır. Əgər qadınlar
cəlb olunsa, zabitlər öz həmcinslərindən olanlara
qarşı bu əxlaqsızlığa son qoyarlar".
Öz qızlarının,
ana və bacılarının namusunu,
şərəf və
ləyaqətini, hüquqlarını qorumağa
borclu olan hüquq müdafiəçisinin
bu iyrənc təklifi bu millətin nə qədər çirkin xislətə malik olmasının əyani nümayişidir.
Son iki ildə erməni silahlı qüvvələrində
çox ağır vəziyyət yaranıb. Buna səbəb 1991-1993-cü illərdəki
aktiv hərbi əməliyyatlar üzündən
Ermənistanın var-yoxdan
çıxması, dünya
ölkələrinin əksəriyyətini
öz ağuşuna almış ağır iqtisadi böhran üzündən xaricdəki
erməni diasporlarının
Ermənistan iqtisadiyyatına
yardımının xeyli
azalması, erməni cəmiyyətində doğum
səviyyəsinin xeyli
aşağı düşməsi
və son nəticədə
bu gün orduya çağırış
üçün sağlam
gənclərin yoxluğudur.
Bu gün Ermənistan ordusunda fərarilik, hərbi hissəni özbaşına
tərketmə halları
kütləvi şəkil
alıb. Əsasən də, işğal altında olan Xocavənd və Füzuli rayonları ərazisində bu, daha çox özünü göstərir.
Ermənistandan olan çağırışçılar və aşağı rütbəli zabitlər ordudakı başıpozuqluqdan,
haqsızlıq və
ədalətsizlikdən canlarını
qurtarmaq üçün
özlərini xəstəliyə
vurub müxtəlif yollarla hospitallara düşməyə can atırlar.
İş o yerə çatıb
ki, hərbi komandanlıq hətta xəstəliyə düçar
olmuş əsgər və zabitlərin belə müalicə məqsədilə Xankəndidə
yerləşən hospitallara
yerləşdirilməsinə və onların məzuniyyətinə ən
sərt formada qadağa qoyub. Əsgərlərin döyüş mövqelərindən
qaçmalarının qarşısını
almaq üçün
orduda kazarma vəziyyəti elan edilib ki, bu
da zabit heyəti tərəfindən
böyük narazılıqla
qarşılanıb.
Ermənistan prezidentinin gənclərin
hərbi xidmətə
çağırışı ilə əlaqədar yeni fərmanı hərbi komissarları çıxılmaz vəziyyətdə
qoyub. Hərbi xidmət
yaşı çatmış
sağlam gənclərin
əksəriyyətinin ölkəni
tərk etməsi üzündən silahlı
qüvvələrin şəxsi
heyətini formalaşdıra
bilməyən hərbi
komissarlar həkimlərin
və valideynlərin kəskin etirazlarına baxmayaraq xəstə və yararsız gəncləri də zorla hərbi xidmətə cəlb etmək məcburiyyətində
qalıblar ki, bu da son nəticədə
xəstə gənclərin
sağlıq vəziyyətinin
daha da pisləşib
kritik həddə çatması ilə sonuclanır. Hətta
müalicə vaxtı
zorla xəstəxana palatasından çıxarılaraq
hərbi xidmətə
göndərilmiş onlarca gəncin ağır işlərə
cəlb olunması, həmçinin dərman və qida çatışmazlığı
üzündən qısa
müddətdə dünyasını
dəyişməsi əhali
tərəfindən böyük
narazılıqla qarşılanıb.
Ermənistanda fəaliyyət göstərən
Helsinki Vətəndaş Cəmiyyəti
Assambleyasının qeyri-sağlam
gənclərin ordu sıralarına çağırılmasına
etiraz əlaməti olaraq verdiyi son bəyanatda da Ermənistan ordusunda hərbi qulluqçuların
nizam-intizamının, mənəvi-psixoloji,
maddi və fiziki vəziyyətinin ötən illərə nisbətən daha da pisləşdiyi, fərarilik,
ölüm, intihar, təcavüz və digər nizamnamədən
kənar halların sayının durmadan artdığı bildirilir.
Hərbi
hissələrin əksəriyyətində
tibb məntəqələrinin
yoxluğu və tibbi kadrların çatışmazlığı üzündən hərbi
xidmət zamanı xəstələnən əsgər
və zabitlərin müalicə olunmaq imkanından məhrumluğu,
insan hüquqlarının
hər addımbaşı
pozulduğu qeyd olunur. Bu ilin 9 ayı ərzində Ermənistan silahlı qüvvələrində 1850 neqativ
hal baş verib ki, onların
da azı 82 faizi ağır və yüngül cinayət tərkiblidir. Orduda ağır xəstəliklər,
silahla qeyri-düzgün
davranma, daxili münaqişələr üzündən
ölənlərin və
intihar edənlərin
sayı aybaay artır. Hərbi ekspertlərin fikrincə,
iqtisadi imkanlardan məhrum gənclərin və döyüş qabiliyyətli insanların
ölkəni kütləvi
surətdə tərk
etməsi üzündən
insan resursları ilbəil tükənən
orduda bir tərəfdən də itkilərin artımı bu sayaq davam
etsə, yaxın gələcəkdə Ermənistanın
müdafiə və təhlükəsizlik sektorunda
çox gərgin vəziyyət yaranacaq. Hazırda erməni ordusunda
ciddi qütbləşmə
gedir. Mənəm-mənəmlik iddiaları üzündən
Yerevan erməniləri ilə
Qarabağ ermənilərinin
bir-birlərilə əks
mövqedə dayanmaları
milli birliyi parçalayır və ordunun formalaşmasına ciddi maneçilik törədir. Söz
yox ki, bu cür aşınmaya məruz qalıb daxili didişmələr meydanına çevrilən
bir ordudan yüksək döyüş
qabiliyyəti gözləmək
də olmaz. Tarix boyu vahid vətənləri
olmayan bir millətdə söz yox ki, vətənpərvərlik
hissi də ölür. Zorla beyinlərinə
yeridilmiş "Böyük
Ermənistan" xülyasının
boş bir əfsanə olduğunu dərindən dərk edən bəzi əsgər və zabitlərin ilk çətin
sınaqlarda ya fərari kimi silahlarını tullayıb
döyüş bölgəsini
tərk edəcəkləri,
ya da bir-birlərinin
üzərinə silah
qaldıracaqları şübhə
doğurmur. Ermənistan
ordusundakı bu ağır mənəvi sarsıntılardan
Serj Sarkisyan hakimiyyəti də xəbərdardır. Müharibə başlayacağı təqdirdə
vahid əqidə bayrağı altında birləşmiş vətənpərvər,
mübariz və döyüşkən Azərbaycan
ordusunun onları asanlıqla diz çökdürəcəyini işğalçı ölkədə
yaxşı dərk edirlər.
Zeynal VƏFA
Azərbaycan.-2012.- 23 sentyabr.- S. 5.