Azərbaycan Prezidenti İlham
Əliyevin Fransaya işgüzar səfəri
Parisdə
MEDEF-in üzvü olan
iş adamları ilə görüş
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 19-da Parisdə
Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan iş
adamları ilə görüşmüşdür.
Dövlət başçısını
"MEDEF International"ın rəhbəri Jan Bürel qarşıladı.
MEDEF-in rəhbəri
Jan BÜREL dedi:
- Cənab Prezident, bu görüşdə
aparıcılıq etmək
mənim və dostum, həmkarım Kristian Mons üçün
şərəfdir. Bizə vaxt
ayırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk. Bilirik ki, sevdiyiniz
Paris şəhərində səfər proqramınız
olduqca gərgindir.
Burada Azərbaycanın iqtisadi
inkişafı, fransız
şirkətlərinin bu
tərəqqiyə verə
biləcəyi töhfə,
onların Sizin ölkədə oynaya biləcəyi rol ilə bağlı düşüncələrinizi dinləmək üçün
müxtəlif şirkətləri
təmsil edən 60-a yaxın nümayəndə
iştirak edir. Sizi dinləmək bizim üçün olduqca maraqlıdır.
Həmkarım Kristian Mons sual-cavab
sessiyasını keçirəcəkdir. Mənim qısa giriş sözümdən sonra, etiraz etmirsinizsə, biz Sizi dinləyəcəyik,
daha sonra isə Kristian Mons sual-cavab sessiyasına başlayacaqdır. Fikirlərinizi bizimlə bölüşün.
Bir daha bizə vaxt ayırdığınız
üçün Sizə
təşəkkürümüzü bildiririk.
Dünən Sizin Prezident Olland ilə görüşünüz oldu. Eyni zamanda, Luvr Muzeyində
İslam incəsənətinə
həsr olunmuş zalların açılışı
mərasimində iştirak
etmisiniz. İqtisadiyyatdan, ümumi daxili məhsuldan başqa, bilirik ki, dostluq
və mədəniyyət
bizim ölkələrin
böyük sərvətidir.
Bizə qarşı xoş münasibət vardır.
Sizin Fransanı sevdiyinizi bilirik.
Bir daha bizə vaxt ayırdığınız
üçün Sizə
minnətdarlığımızı bildiririk. Biz bir
saat ərzində birlikdə olacağıq.
Cənab Prezident sözü
Sizə veririk. Təşəkkürlər.
Dövlət başçısı görüşdə çıxış
etdi.
Azərbaycan.-2012.- 21 sentyabr.- S. 1.