Azərbaycan
və Avstriya arasında fövqəladə
halların aradan qaldırılması sahəsində
əməkdaşlıq imkanları müzakirə edilmişdir
Sentyabrın 17-18-də Azərbaycanın fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun
başçılıq etdiyi nümayəndə heyəti Avstriyada
səfərdə olmuşdur.
Səfərin ilk günü nümayəndə heyəti
qərargahı Vyanada yerləşən Beynəlxalq Atom
Enerjisi Agentliyin (BAEA) Baş Konfransının 56-cı
sessiyasında iştirak etmiş, bir sıra görüşlər
keçirmişdir.
Səfərin ikinci günü Avstriya tərəfi ilə
ikitərəfli görüşlərə həsr
olunmuşdur. Əvvəlcə nümayəndə heyəti
Avstriya Federal Daxili İşlər Nazirliyinin Əməliyyat və
Böhran Koordinasiyası Mərkəzi ilə tanış
olmuşdur. Qeyd edilmişdir ki, mərkəz ölkə ərazisində
və xaricdə baş verən təbii və texnogen fəlakətlər,
genişmiqyaslı qəza və digər fövqəladə
halların qarşısının alınması
üçün bütün müvafiq qurumların bir mərkəzdən
idarə olunmasını təmin edən struktur kimi 2006-cı
ildə yaradılmışdır. Təqdimat zamanı mərkəzin
fəaliyyəti, iş rejiminin təşkili, əhatə etdiyi
sahələr, strukturları, əhalinin fövqəladə
hadisələr barədə məlumatlandırılması
metodları haqqında məlumat
verilmişdir.
Sonra fövqəladə
hallar naziri və
Avstriyanın federal daxili
işlər naziri xanım Yohanna
Mikl-Laytner arasında ikitərəfli görüş keçirilmişdir.
Görüşdə hər iki
nazirlik, onların eyni
təyinatlı strukturları barədə məlumat verilmiş, nazirliklər arasında
imzalanması nəzərdə tutulan
fövqəladə vəziyyət zamanı
qarşılıqlı yardım haqqında saziş
üzərində işin
yekunlaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır. Tərəflər ərazi
və əhalicə oxşar xüsusiyyətlərə
malik Azərbaycan və Avstriya
arasında fövqəladə halların aradan
qaldırılması sahəsində səmərəli əməkdaşlıq
üçün böyük
potensial olduğuna əminlik
ifadə etmişlər. Görüşün
sonunda nazir K.Heydərov
xanım nazir Y.Mikl-Laytneri
Azərbaycana səfərə dəvət etmişdir.
Həmin gün
nümayəndə heyəti Avstriya Daxili İşlər Nazirliyinin
Federal Təhlükəsizlik
Akademiyasında polis və mülki
müdafiə mütəxəssislərinin hazırlanması prosesi ilə yaxından tanış olmuşdur. Görüşdə
akademiyanın nəzdindəki fakültə və tədris mərkəzləri,
nüvə şüalanması xəbərdarlığı,
bioloji və kimyəvi təhlükəli
maddələr, mülki müdafiə
kurslarının təşkili barədə məlumat verilmiş, gələcəkdə bu təhsil ocağı ilə Fövqəladə
Hallar Nazirliyinin
Akademiyası arasında əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi
aparılmışdır.
Vyana
Peşəkar Yanğından Mühafizə Briqadasında
keçirilən görüşdə nümayəndə heyətinə
bu şəhərdə yanğından
mühafizə xidmətinin təşkili, istifadə olunan texniki vasitələr,
yanğınsöndürmə maşınları və vasitələri,
qurğular və maddi-texniki
baza haqqında ətraflı məlumat verilmişdir.
Sentyabrın 18-də fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Avstriyaya səfəri başa
çatmışdır. Azərbaycanın Avstriyadakı səfiri
Qalib İsrafilov
görüşlərdə iştirak etmişdir.
Elgün
NİFTƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Vyana
Azərbaycan.- 2012.- 20 sentyabr.-S.4.