Avropada Ermənistanın
terror qruplaşmaları fəaliyyət
göstərir
Amma dünya
birliyi buna göz yumur
Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ekstradisiyası və əfv olunması işğalçı Ermənistan
dövlətinin əsl
niyyətini, iç üzünü
bir daha dünyaya göstərdi. Hər kəsə bəllidir ki, Azərbaycan torpaqlarının 20 faizini
işğal edən bir ölkə təcavüzkar və terrorizmi himayə edən bir dövlətdir.
Bu gün terrorizm,
ekstremizm Ermənistanda
dövlət siyasəti
səviyyəsinə yüksəldilib.
ASALA terror təşkilatının
isə Azərbaycanın
Macarıstandakı və
digər ölkələrdəki
diplomatik korpuslarına
qarşı hədələri
təsadüfi deyil.
Bu, Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində
apardığı terrorçuluq
siyasətinin növbəti
təzahürüdür.
ASALA-nın Azərbaycana qarşı təhdidləri
Ermənistan prezidentinin
çağırışından sonra baş verdi. Bu isə o anlama gəlir ki, bütün bunlar bir mərkəzdən idarə olunur. Tarix göstərib ki, bu hədələr
real hədələrdir və
yüzlərlə insan
erməni terrorçuları
tərəfindən qətlə
yetirilib. Beynəlxalq təşkilatlar, Avropa və dünyanın böyük
dövlətləri də
Ermənistanın himayə
etdiyi ASALA və digər terrorçu qruplaşmaların törətdikləri
cinayət əməllərindən,
terror aktlarından xəbərdardırlar.
Ancaq Azərbaycana qarşı beynəlxalq təşkilatların
ikili standartlar "oyunu" bu məsələdə də
özünü büruzə
verir. Daim insan hüquq və azadlıqlarının
müdafiəçisi kimi
çıxış edən
Avropa Parlamenti 8 il Macarıstanda
həbsdə yatdıqdan
sonra azadlığa çıxan Ramil Səfərovun əfv olunmasına etiraz edir, ancaq ASALA-nın azərbaycanlıları
ölümlə təhdid
etməsindən heç
bir narahatçılıq
keçirmir. Bu terrorçu qruplaşmaların
tək Azərbaycan üçün deyil, bütün Avropa üçün də təhlükə mənbəyi
olduğu halda, Ermənistana təzyiqlər
edilmir. Eyni zamanda, erməni
terror qruplaşmalarının törətdikləri qanlı
cinayətlərin tarixi
də uzaq keçmişə aid deyil.
1980-90-cı illər ərzində Avropanın müxtəlif ölkələrində
həyata keçirilən
terror aktları, qanlı
hadisələr yaddaşlardan
silinməyib. Əgər kimlərsə
bu terrorçu qruplaşmaların fəaliyyətini,
çirkin əməllərini
unudublarsa, onları bir daha xatırlatmağa
məcburuq.
ASALA-nın yaranma
tarixi və fəaliyyəti ilə bağlı saysız-hesabsız
məqalələr, yazılar,
faktlar qəzetimizdə
dərc edilib. 1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar
yaradıblar və onların arasında "Ermənistanın Azadlığı
uğrunda Gizli Erməni Ordusu"
("Armenian Secret Armi for the Liberation of
Armenia"- ASALA") fəallığı
ilə diqqəti cəlb edir. ASALA dünyanın bir sıra ölkələrindəki
sol ekstremist və millətçi hərəkatları
dəstəkləyir. Ümumdünya Kilsələr Şurası
binasının partladılması
ilə fəaliyyətə
başlayan erməni
terror təşkilatı yüzlərlə
insanın həyatına
son qoymuşdur. ASALA-nın
bir qrup üzvü Hilbert Minasyan,
Monte Melkonyan, Varujan Karapetyan, Vazgen Sislyan Dağlıq Qarabağ münaqişəsi
zamanı qanunsuz erməni silahlı birləşmələrinin tərkibində
vuruşublar. 1990-cı illərin əvvəllərində
təşkilatın fəaliyyətinin
bir qədər zəifləməsi müşahidə
olunub, qurumun bəzi üzvləri yeni yaranmış terrorçu qruplaşmalara,
o cümlədən "Verj"
("Qisas") hərəkatına
üzv olublar. Bu yeni yaranan
qruplaşma Rusiya Federasiyasının Şimali
Qafqaz bölgəsində
və Rostov vilayətində
əməliyyatlar keçirmiş,
xüsusən də Azərbaycan istiqamətində
hərəkət edən
qatarlarda terror aktları
törətmişlər. Mövcud məlumatlara görə,
ASALA-nın liderləri
Ermənistan siyasi rəhbərliyi, eləcə
də işğalçı
ölkənin xüsusi
xidmət orqanları ilə mütəmadi məsləhətləşmələr aparırlar.
Onu da xatırladaq ki, SSRİ dağıldıqdan sonra erməni terrorçuluğu
öz fəaliyyət
istiqamətini dəyişərək
"Qarabağ ermənilərinin
müqəddəratı uğrunda
mübarizə" adı
altında Azərbaycana
qarşı işğalçılıq
siyasətinin alətinə
çevrilib. Bu fonda
Yerevanda Türkiyə
rəsmilərinə qarşı
terrorçuluq aktları
həyata keçirmələrinə
görə ittiham olunan ermənilərə dövlət səviyyəsində
dəstək kampaniyası
təşkil edilib.
Qarabağ ermənilərinin "öz müqəddəratını
həlletmə", "münaqişənin
ədalətli həlli",
eləcə də
"tarixi hüquqları"
uğrunda mübarizəsinin
güclənməsi fonunda
Ermənistan hökuməti
tərəfindən bölgəyə
ASALA-nın yeni üzvlərinin göndərilməsi
istiqamətində tədbirlər
görülüb.
Ermənistanın azərbaycanlılara qarşı
dövlət səviyyəsində
yürütdüyü terrorçuluq
siyasətinin nəticəsi
olaraq 1989-1994-cü illərdə
Dağlıq Qarabağda
erməni terrorçuları
tərəfindən nəqliyyat
vasitələrində 29 terror aktı törədilib, 2 mülki vertolyot və 2 təyyarə vurulub. Erməni terrorçularının başlıca hədəfləri
ictimai nəqliyyat, o cümlədən metro, avtobus,
təyyarə, körpülər,
diplomatik nümayəndəliklər,
eləcə də dinc əhalinin sıx toplaşdığı
yerlər olub.
Digər erməni terrorçu qruplaşmaları olan
"Erməni Soyqırım
Ədalət Komandosları"
("Justice Commandos of the Armenian Genocide"- "JCAG") da 1975-ci ildə Beyrutda yaradılıb və bu təşkilatın
əsas məqsədi
Şərqi Türkiyə
də daxil olmaqla müstəqil Ermənistan dövlətini
yaratmaq olub. 1983-cü ildən isə "Erməni İnqilab Ordusu" ("Armenian Revolutionary Army"-
"ARA") adı altında
çıxış etməyə
başlayıb. Öz fəaliyyətində
marksist ideyalarını
üstün tutan JCAG daha millətçi mövqedən çıxış
edir. Mətbu orqanı "Yerevan" qəzetidir. Əsas terror hədəfləri türk
diplomatları, türklərə
məxsus müəssisə
və obyektlərdir.
Bəzi məlumatlara görə, "ARA"-nın mənzil-qərargahı
Fransada yerləşir.
"Gizli Erməni Azadlıq Təşkilatı"
("Secret Armenian Liberation Organization") 1975, "Erməni Azadlıq Cəbhəsi" ("Armenian Liberation
Front" - "ALF) isə 1979-cu illərdə yaradılıb. "ALF" faktiki olaraq ASALA tələfindən
idarə olunur və Türkiyə, Dağlıq Qarabağda təxribatlar törətmək
məqsədi ilə silahlıların hazırlanmasında
fəal iştirak edib.
"Erməni Birliyi"
("Armenian Unity" - "AU") 1988-ci ildə
Moskvada Vazgen Sislyan tərəfindən
yaradılıb. Bu təşkilat
ASALA-nın silahlı
basqınlarının maddi
təminatı, muzdluların
cəlb edilməsi və silahlandırılması
məsələləri ilə
məşğul olur.
"Dağlıq Qarabağın
İnqilabi İdarə
Olunması Komitəsi"
("KRUNK") 1987-ci ildə Xankəndidə qeyri-qanuni
olaraq xarici erməni diasporunun iştirakı ilə yaradılıb. "Erməni
Azadlıq Təşkilatı"
("Armenian Liberation Movement" - "ALM") isə 1991-ci ildə Fransada təsis edilib. "ALM" terror aksiyalarının
təşkili və həyata keçirilməsi
istiqamətində ASALA ilə sıx əməkdaşlıq
edir.
"9 İyun Qrupu"
("9 June Group) 1991-ci ildə yaradılıb və İsveçrədə fəaliyyət
göstərir. Qrupun əsas məqsədi kimi həbs və məhkum olunmuş erməni terrorçuların müəyyən
dövlətlərə qarşı
terror aktları törətmək
yolu ilə azadlığa buraxılmasına
nail olmaqdır.
"Erməni Müqavimət
Təşkilatı" (Armenian Resistance
Organization") 1977-ci ildə Parisdə yaradılıb.
Xankəndidə yaradılan "Dağlıq
Qarabağın İnqilabi
İdarə Olunması
Komitəsi"nin
"KRUNK"-un sıralarında Yaxın Şərqdən
olan muzdlular da döyüşüblər.
Qurumun ideoloji bölməsinə
isə sabiq Ermənistan prezidenti Robert
Köçəryan rəhbərlik
edib. Hazırda təşkilat dünyanın
bir çox ölkələrində Dağlıq
Qarabağ münaqişəsinin
tarixi və qondarma "erməni soyqırımı"na dair materialların yayılması ilə məşğul olan erməni mədəniyyət
mərkəzi kimi fəaliyyət göstərir.
Göründüyü kimi, Avropanın bir çox ölkələrində, şəhərlərində
işğalçı Ermənistanın
terrorçu qruplaşmaları
fəaliyyət göstərir. Ancaq dünya birliyi buna,
insanlara qarşı ölüm təhdidlərinə göz
yumur.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2012.- 21 sentyabr.- S.4.