Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Bolqarıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maya Xristovanın etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Maya Xristova etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Fövqəladə səlahiyyətli səfir xanım Maya Xristova Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevnelievin Baş nazir Boyko Borisovun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf duyduğunu dedi. Xanım Maya Xristova Bolqarıstan Prezidenti adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, infrastruktur digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.

Dövlət başçısı Prezident Rosen Plevnelievin Baş nazir Boyko Borisovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstanın Prezidentinə Baş nazirinə çatdırmağı xahiş etdi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S.1.