Azərbaycan Respublikası vətəndaşlarının
2012-ci il oktyabrın 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı
bəndini rəhbər tutaraq "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun 12.3-cü və
40.1-ci maddələrinə uyğun olaraq və Azərbaycan Respublikasının
Silahlı Qüvvələrini və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa
silahlı birləşmələri şəxsi heyətlə
komplektləşdirmək məqsədi ilə qərara
alıram:
1.
1994-cü ildə doğulmuş və
çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə
doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində və Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa
silahlı birləşmələrdə müddətli həqiqi hərbi
xidmət keçməmiş, müddətli həqiqi hərbi
xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilməmiş
Azərbaycan Respublikasının vətəndaşları
2012-ci il oktyabrın 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə
çağırılsınlar.
2. "Hərbi vəzifə və hərbi xidmət
haqqında" Azərbaycan Respublikası Qanununun
38.1.1-ci maddəsində nəzərdə tutulmuş
xidmət müddətini keçmiş
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları 2012-ci il oktyabrın
1-dən 30-dək ehtiyata
buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamın icrası üçün
qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri
görsün.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
25 sentyabr.- S. 1.