Şövkət Ələkbərovanın
90 illik yubileyi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin oktyabr ayında Azərbaycan
Respublikasının xalq artisti,
milli ifaçılıq sənətinin
görkəmli nümayəndəsi, tanınmış
müğənni Şövkət Feyzulla
qızı Ələkbərovanın anadan
olmasının 90 illiyi tamam
olur.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və
eləcə də təbliği işinə dəyərli
töhfələr vermiş mahir muğam və
mahnı ifaçısı Şövkət Ələkbərovanın
90 illik yubileyinin
keçirilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi xalq artisti Şövkət Ələkbərovanın
90 illik yubileyinə həsr olunmuş tədbirlər planını
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
25 sentyabr.- S. 1.