Gənc istedadların xüsusi təqaüdə layiq
görülməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı
haqqında" 1996-cı il 22 iyun tarixli 464 saylı Fərmanına
uyğun olaraq qərara
alıram:
Musiqi sahəsində xüsusi
istedadı olan aşağıdakı
şəxslərin adları Azərbaycanın gənc
istedadlarının "Qızıl kitabı"na
yazılsın və onlar Azərbaycan
Respublikası Prezidentinin xüsusi
aylıq təqaüdünə layiq
görülsünlər:
Xancalova Firuzə Arif
qızı - Pyotr
İliç Çaykovski
adına Moskva Dövlət
Konservatoriyasının 1-ci kurs tələbəsi
Məlikov Əli Həsən
oğlu - Rəşid Behbudov adına 2
nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Şükürov Mirpaşa Mustafa
oğlu - Ağdam şəhər
Cabbar Qaryağdıoğlu adına 1 nömrəli
Uşaq Musiqi Məktəbinin şagirdi
Vəliyev Nəcəf Xəluq
oğlu - Bakı şəhər
Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli
Onbirillik Musiqi Məktəbinin şagirdi
Yusifov Yusif Nadir oğlu - Bakı şəhər 24
nömrəli Onbirillik Musiqi
Məktəbinin şagirdi
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
25 sentyabr.- S. 1.