Səudiyyə Ərəbistanı
Krallığının milli bayramı
şərəfinə
Sentyabrın 24-də Səudiyyə Ərəbistanı
Krallığının Azərbaycandakı səfirliyi
ölkəsinin milli bayramı - Krallıq
elan edilməsi günü
münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət himni
səsləndirildikdən sonra səfir Fəhd
bin Əli əl-Düsəri qonaqları salamlayaraq Səudiyyə Ərəbistanı
Krallığının inkişaf tarixi barədə məlumat vermişdir.
Diplomat qeyd etmişdir ki, Səudiyyə
Ərəbistanı Krallığını Azərbaycan ilə
yüksək qardaşlıq və hərtərəfli əlaqələr
birləşdirir. Bu əlaqələr
qarşılıqlı hörmətə, səmimi
qardaşlığa, bunu daha
da gücləndirən islam
irsinə və müştərək tarixə əsaslanır.
Bu il iki ölkə arasında diplomatik
əlaqələrin 20-ci ildönümünün
tamam olduğunu deyən
səfir bu dövrdə çoxlu
sayda sazişlərin və
memorandumların imzalandığını diqqətə
çatdırmışdır. Səfir bildirmişdir
ki, yaxın gələcəkdə iki ölkə arasında daha
bir neçə sazişin
imzalanması gözlənilir. Son dövrlər
iqtisadi əlaqələrimiz daha da güclənmiş,
qarşılıqlı sərmayələrə maraq artmışdır.
Səfir qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı
Krallığı Azərbaycan Respublikası ilə əlaqələrin
möhkəmlənməsi xəttini bundan
sonra da davam etdirəcəkdir.
Çıxış
edən iqtisadi inkişaf
naziri Şahin Mustafayev Prezident İlham Əliyevin adından mərasim
iştirakçılarını təbrik etmiş,
Səudiyyə Ərəbistanının xalqına sülh və əmin-amanlıq
arzulamışdır.
Ş.Mustafayev vurğulamışdır ki, Səudiyyə Ərəbistanı
Krallığı Azərbaycanın müstəqilliyini
tanıyan ilk ölkələrdən biri olmuşdur. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə
toxunan nazir qeyd etmişdir ki, Krallıq Azərbaycanın ərazi bütövlüyünü birmənalı
şəkildə dəstəkləyir. Biz
bunu yüksək qiymətləndiririk.
İkitərəfli
münasibətlərdən danışan Ş.Mustafayev
bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin
1994-cü ildə və Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə
Ərəbistanına səfərləri əlaqələrimizin
hərtərəfli inkişafı üçün
yeni imkanlar
açmışdır. Bizim bir çox, o cümlədən
iqtisadi sahədə əlaqələrimiz
yüksək səviyyədədir. Nazir iki ölkə arasında imzalanmış sənədlərin
əhəmiyyətini vurğulamışdır.
Qəbulda dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin
Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin
nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2012.-
25 sentyabr.- S.1.