Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərar
¹ 210 Bakı şəhəri, 24 sentyabr
2012-ci il
"Azərbaycan Respublikasının
ərazisinə gətirilən,
əlavə dəyər
vergisindən azad olunan malların siyahısı haqqında"
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq və Azərbaycan Respublikası
İqtisadi İnkişaf
Nazirliyinin Azərbaycan
Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Vergilər
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1.
"Azərbaycan Respublikasının ərazisinə gətirilən,
əlavə dəyər vergisindən azad olunan malların
siyahısı haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1,
maddə 55, ¹ 4, maddə 378, ¹ 10, maddə 980; 2006, ¹ 2, maddə
180, ¹ 4, maddə 367, ¹ 7, maddə
652; 2007, ¹ 6, maddə 700, ¹ 7, maddə 743, ¹ 12, maddə 1355;
2008, ¹ 4, maddə 325,
¹ 7,
maddələr 672, 687, ¹ 11, maddə 1036; 2009, ¹ 1, maddə 25, ¹
4, maddə 291, ¹ 9, maddələr 742, 744, ¹ 12, maddə 1071;
2010, ¹ 4, maddə 356, ¹ 7, maddə 706, ¹ 12, maddələr 1113,
1114; 2011, ¹ 1, maddə 68, ¹ 4, maddə 374, ¹ 8, maddə 775; 2012,
¹ 1, maddə 38; Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2012-ci il 19 iyul tarixli 154 nömrəli qərarı) əlavədə
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30
dekabr tarixli 220 nömrəli qərarı ilə təsdiq
edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə
gətirilən, əlavə dəyər vergisindən azad
olunan digər malların siyahısı"nda "Qrup
19-dan" sətrindən əvvəl aşağıdakı
sətirlər əlavə edilsin:
Qrup 10-dan
1001 Buğda və meslin
Qrup 11-dən
110100 Buğda unu və ya buğda-çovdar
unu
2. Bu qərar dərc edildiyi gündən qüvvəyə
minir və 1 (bir) il müddətində qüvvədədir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2012.- 25 sentyabr.- S.2.