Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

 Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti kiçik sahibkarlıq subyektlərini təmsil edən adamları iştirak etmişlər.

Forumun açılışında Azərbaycannın iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanın sürətli iqtisadi inkişafından danışmış, tədbirin əhəmiyyətini vurğulamışdır. Bildirilmişdir ki, bugünkü biznes forum hər iki ölkənin regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır.

Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenov ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin, eləcə adamları arasında əməkdaşlığın genişləndirilməsinin Volqoqrad vilayəti ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətini qeyd etmişdir.

AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Azərbaycanın investisiya biznes imkanları, Volqoqrad vilayətinin iqtisadiyyat, xarici iqtisadi əlaqələr investisiyalar naziri Elvira Laqutina təmsil etdiyi ölkənin investisiya imkanları barədə danışmışdır.

Forum çərçivəsində adamları arasında ikitərəfli görüşlər olmuşdur.

 

 

 AzərTAc

 

Azərbaycan.-2012.- 25 sentyabr.- S.3.