Azərbaycanda «Türkiyə
həftəsi» keçirilir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı
ilə ölkəmizdə "Türkiyə həftəsi"
keçirilir.
SAM-dan AzərTAc-a bildirmişlər ki,
sentyabrın 28-dək davam edəcək həftə
çərçivəsində Azərbaycanın və
Türkiyənin beyin mərkəzlərinin
nümayəndələri, deputatlar, nüfuzlu universitetlərin müəllimləri
və mətbuat təmsilçilərindən ibarət
nümayəndə heyəti Gəncədə, Lənkəranda və Ağdamda səfərdə olacaqdır.
SAM-ın direktoru Fərhad Məmmədov demişdir ki, nümayəndə
heyəti Gəncə və Lənkəran dövlət
universitetlərinin rəhbərliyi və tələbələri
ilə görüşlər keçirəcəklər.
Görüşlərdə
"Tarixdən günümüzə: Türkiyə-Azərbaycan
münasibətləri" və "Azərbaycan-Türkiyə
münasibətləri regional kontekstdə"
mövzularında müzakirələrin aparılması nəzərdə
tutulur. Müzakirələrdən əsas
məqsəd Türkiyə-Azərbaycan münasibətlərinin
inkişafına dəstək vermək,
qarşılıqlı olaraq Azərbaycan
və türk ictimaiyyətini bu istiqamətdə məlumatlandırmaqdır.
Sentyabrın
26-da isə SAM-da Azərbaycanda
"Türkiyə həftəsi"nin yekunlarına dair mətbuat konfransı keçiriləcəkdir.
Ötən ilin oktyabrında SAM
Türkiyənin beş səhərində "Azərbaycan həftəsi"
keçirmişdi.
Azərbaycan.-2012.-
25 sentyabr.- S. 7.