Qabriel Valentin Komaneskunun
Rumıniyanın Konstansa şəhərində Azərbaycan
Respublikasının fəxri konsulu təyin edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Qabriel Valentin Komanesku Rumıniyanın
Konstansa şəhərində Azərbaycan
Respublikasının fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi bu sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
25 sentyabr 2012-ci il
Azərbaycan.-2012.-
26 sentyabr.- S. 2.