F.E.İsgəndərovun Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

 

 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S. 2.