E.Y.Eyyubovun Azərbaycan
Respublikasının Belçika
Krallığında, Lüksemburq Böyük Hersoqluğunda
fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin
başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər
tutaraq qərara alıram:
Emin Yaqub oğlu Eyyubov Azərbaycan
Respublikasının Belçika Krallığında,
Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və
səlahiyyətli səfiri və Avropa İttifaqı
yanında Nümayəndəliyinin başçısı vəzifələrindən
geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan.-2012.- 26 sentyabr.- S. 2.