Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 211 Bakı
şəhəri, 25 sentyabr
2012-ci il
"Dağınıq
skleroz xəstəliyinə
tutulmuş şəxslərə
dövlət qayğısı
haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
"Dağınıq
skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət
qayğısı haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli
qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli
606 nömrəli fərmanının 1.1.7-ci, 1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək
məqsədi ilə və 3.1-ci bəndinə əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən
illik tibbi
yardımın (o cümlədən zəruri
olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman
preparatlarının siyahısı və miqdarı" təsdiq
edilsin (1 nömrəli əlavə).
2.
"Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin inyeksiya vasitələri
və digər dərman preparatları ilə təminat
Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).
3.
"Dağınıq skleroz xəstəliyinə
tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin
edilməsi Qaydası" təsdiq edilsin
(3 nömrəli əlavə).
4. "Dağınıq skleroz xəstəliyinin
müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin
və digər dərman preparatlarının
Siyahısı" təsdiq edilsin
(4 nömrəli əlavə).
Artur Rasi-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2012.-
20 sentyabr.- S.2.