Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

  1  nömrəli əlavə

 

 Dağınıq skleroz  xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı

 

 Sıra ¹-si

 İllik tibbi yardım

 Remittəedici forma

 Proqressivləşən forma

 

 

  1. Konsultasiyalar

 

 1.1. Nevropatoloq

 ildə 2 dəfə

 ildə 4 dəfə

 

 1.2.Okulist

 ildə 2 dəfə

 ildə 4 dəfə

 

 1.3.Terapevt

 ildə 2 dəfə

 ildə 4 dəfə

 

 

 2. Laborator instrumental müayinələr

 

 2.1. Qanın ümumi müayinəsi

 ildə 2 dəfə

 ildə 2 dəfə

 

 2.2.Sidiyin ümumi müayinəsi

 ildə 2 dəfə

 ildə 2 dəfə

 

 2.3. Qanda qaraciyər sınaq-larının təyini

 ildə 2 dəfə

 ildə 2 dəfə

 

 2.4. Qanda böyrək sınaqlarının təyini

 ildə 2 dəfə

 ildə 2 dəfə

 

 

2.5. Baş ya onurğa beyninin MRT müayinəsi

 ildə 2 dəfə

 ildə 2 dəfə

 

 

2.6. Baş-beyin qabığının törə-dilmiş görmə potensial-larının qeydiyyatı

 ildə 2 dəfə

 ildə 2 dəfə

 

 

2.7. Görmə analizatorunun həssaslığının lyabil-liyinin qeydiyyatı

 ildə 1 dəfə

 ildə 2 dəfə

 

 

  3. Dərman preparatları

 

 

3.1. Antikonvulsantlar:

 Karbamazepin 200 mq

  illik 40 həb

  illik 80 həb

 

 3.2.Trankvilizatorlar yuxu-gətiricilər:

 Diazepam 10 mq

   illik 56 həb

illik   84 həb

 

 3.3. Psixostimulyatorlar nootroplar:

Piracetam 400 mq kapsul

Kavinton 5 mq həb

  illik 120 kapsul

illik 120 həb

illik  120 kapsul

illik  120 həb

 

 

3.4.Antidepressantlar:

 

Amitriptillin 25 mq

 illik 60 həb

 illik  120 həb

 

3.5.Antispastik preparatlar: Tizanidin 4mq

 6 ay, gündə 2-3 həb

(ayda 60-90 həb)

 6 ay, gündə 2-3 həb

(ayda 60-90 həb )

 

3.6. Analgetiklər:  Paracetamol

 illik 40 həb

 illik 80 həb

 3.7. Antibiotiklər:  Ampicillin

 illik 20 ampul

 illik 20 ampul

 3.8.Qastroprotektorlar:

Omeprazol 20 mq

Maaloks

illik 60-120 həb

illik 60-120 həb

 

 3.9. Diuretiklər:Veroşpiron 50 mq

  ayda 20-30 həb

ayda 20-30 həb

 

  4. Digər preparatlar

 4.1. Betahistin 16-24 mq

 illik 120 həb

 illik 120 həb

 4.2. Oksibutinin Na (driptan)

 illik 90  həb

 illik 180  həb

 4.3. Vitamin E

 illik 60 həb

 illik 60 həb

 4.4. Essentiale

 illik 720 kapsul

 illik 720 kapsul

 4.5. 5-NOK

 illik 80 həb

 illik 120 həb

 4.6. Flukonozol

 illik 6 kapsul

 illik 6 kapsul

 4.7. Midantan 100 mq

 illik 60 həb

 illik 60 həb

 

4.8.Anaprilin 40mq

 illik 40 həb

 illik 40 həb

 4.9.Enalapril 10, 20 mq

 illik 90-120   həb

 illik 90-120 həb

 4.10. Emoksipin

 illik 2,0 x 20ampul

 illik 2,0 x 20 ampul

 4.11. Ondansetron (zofran) 4mq

 illik 20 ampul

 illik 40 ampul

 4.12. Plazmaferez

 illik 6-8 seans

 illik 10-12 seans

 

 

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

  2  nömrəli əlavə

 

 Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri digər dərman preparatları ilə təminat

 

 Q A Y D A S I

 

 1. Bu QaydaDağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqındaAzərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri digər dərman preparatları ilə təmin edilməsi məsələlərini tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin nevroloji kabinetində qeydiyyata alınırlar.

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər inyeksiya vasitələrini   digər dərman preparatlarını qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (ərazi poliklinikası) tərəfindən  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun, 2 nüsxədən ibarət  yazılmış resept əsasında pulsuz alırlar.

4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin edilərkən, terapevtik doza 30 (otuz) günlük müalicə kursundan artıq olmamalıdır.

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri digər dərman preparatları ilə təminatı müalicə-profilaktika müəssisəsinin (ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə resept əsasında həyata keçirilir.

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları inyeksiya vasitələrinin digər dərman preparatlarının dəyəri  Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindəSəhiyyəbölməsi üzrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

 

 Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr

tarixli 211 nömrəli qərarı ilə  təsdiq edilmişdir

 

 

 3  nömrəli əlavə

 

 Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi

 

 Q A Y D A S I

 

 1. Bu QaydaDağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqındaAzərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi məsələlərini tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin  sanatoriya-kurort müalicəsinə göndərilməsinin məqsədəuyğunluğu onların müşahidədə olduqları müalicə-profilaktika müəssisəsinin müalicə həkimi şöbə müdiri tərəfindən müəyyən edilir.

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin  sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olduqda, onlara məsləhət görülən kurort, müalicənin növü, sanatoriyanın profili diaqnoz qeyd olunmaqla  müəyyən edilmiş formada tibbi arayış verilir.

4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort tövsiyəsi məsələsinin həllində onların digər xəstəlikləri nəzərə alınmalıdır.

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə  sanatoriya-kurort müalicəsini almaq üçün putyovkalar (yollayışlar) işləməyənlərə Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə təşkilatlarda işləyənlərə isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına  verilir.

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər (tibb müəssisələrinin müvafiq göndərişi ilə ölkə hüdudları daxilində) sanatoriya-kurort putyovkası (yollayışı) ilə işləyənlər yerindən, işləməyənlər isə Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun yerli orqanları tərəfindən təmin edilirlər.

7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını almaq üçün  ərizələrini müalicə-profilaktika müəssisəsi tərəfindən verilmiş tibbi arayışı sanatoriya-kurort putyovkasını verən aidiyyəti idarə, müəssisə, təşkilat ya orqanlara təqdim edirlər.

8. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını aldıqdan sonra onlara müşahidədə olduqları müalicə-profilaktika müəssisəsi tərəfindən sanatoriya-kurort kartası verilir.

9. Sanatoriya-kurort putyovkasını vermiş idarə, müəssisə, təşkilat ya orqanlarda putyovkanıngeri qayıtmatalonunun qeydiyyatı aparılır onun istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.

 

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

 

  4  nömrəli əlavə

 

 Dağınıq skleroz  xəstəliyinin müalicəsində istifadə olunan  yüksək effektli inyeksiya vasitələrinin digər dərman preparatlarının

 

 S İ Y A H I S I

 

 Sıra ¹-si

 Dərman preparatlarının adı

 Remittəedici forma

 Proqressivləşən forma

 

1.Qlükokortikosteroidlər:

Metilprednizolon

 illik 250 mq x

56 ampul illik 250 mq x56 ampul

 

2. Deksametazon

 illik 4 mq-1ml x 20 ampul

 illik 4 mq-1ml x20 ampul

 

3. Prednizolon illik 25 mq 60 ampul

50 mq 100 həb illik 25 mq 60 ampul

50 mq 200 həb

 4. Sitostatiklər

(β-interferonlar):

mitoksantron

β-interferon 1A

avoneks

 

 tələb olunmur

 həftədə 1 ampul-

illik 52 ampul

 

  5 flakon illik

həftədə 1 ampul- illik 52 ampul

 

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.2.