Fransa dövləti Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərir

 

 Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri bunu bir daha təsdiqlədi

 

 Fransa ilə bütün strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Azərbaycanla Fransa arasında tarixi hələ orta əsrlərə təsadüf edən əməkdaşlıq olsa da, əlaqələr yalnız respublikamızın müstəqillik qazanmasından sonra dinamik inkişaf etməyə başlamışdır.

Ulu öndər Heydər Əliyev Avropanın böyük ölkəsi olan Fransa ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu ölkənin Avropa siyasi arenasına təsir imkanlarını nəzərə alan ulu öndər ilk xarici səfərini 1993-cü ilin dekabrında məhz Fransaya etməsi həm də Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya niyyətinin təcəssümü idi. Ulu öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ötən müddətdə Fransa ilə əlaqələrin inkişafına xüsusi diqqətlə yanaşmışdır. Dövlət başçısının eynilə ulu öndər Heydər Əliyev kimi ilk xarici səfərə məhz Fransadan başlaması da bunun əyani təsdiqidir. Ümumiyyətlə, Prezident İlham Əliyevin prezidentliyi dövründə Fransa-Azərbaycan əlaqələri daha da inkişaf etmiş, ikitərəfli münasibətlərdə qarşılıqlı inametimad güclənmişdir.

Fransa Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində oynadığı rolu müsbət qiymətləndirərək ölkəmizlə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bəyan etmişdir. Ölkə başçılarının qarşılıqlı səfərləri bütün sahələrdə münasibətlərin daha da inkişafına ciddi təkan verir. Azərbaycan və Fransa arasında çoxsaylı humanitar tədbirlər də həyata keçirilir. Bu günlərdə Prezident İlham Əliyevin Fransaya işgüzar səfəri mühüm hadisələrlə yadda qaldı. Yelisey sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Fransua Olland arasında keçirilən görüşdə ölkələrimiz arasında ikitərfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Prezident İlham Əliyev Parisin Luvr muzeyində islam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimində iştirak edib. Məlumat üçün qeyd edək ki, Luvr muzeyində islam incəsənət departamenti yaradılıb. 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanıtmaq, Avropaislam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradır. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadanmetaldan hazırlanmış müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnmiş yaradıcılıq işləri sərgilənir. Azərbaycana aid eksponatların da nümayş etdirildiyi muzeyin bu bölməsində islam tarixinin müxtəlif dövrlərində mövcud olmuş dövlətlərə aid sənət əsərləri də saxlanılır.

Fransa Prezidenti Fransua Olland bu layihənin həyata keçirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərmiş şəxslərə, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandırlar. Onlar Fransanın dostlarıdırlar. Onlar bu layihəyə çox böyük yardım ediblər. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcəkdir".

Fransa Respublikasına işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev Fransa Sahibkarlar Təşkilatına - MEDEF-ə üzv olan adamları ilə də görüşüb. Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir. Müxtəlif şirkətləri təmsil edən 60-a yaxın adımının iştirak etdiyi tədbir Azərbaycan ilə Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə tərəfdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verəcək. 

Prezident İlham Əliyev Parisdə MEDEF-ə üzv olan adamları ilə görüşdə Azərbaycan və Fransa arasında əlaqələrin hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib: "Ümumilikdə siyasi əlaqələr və açıq, səmimi münasibətlər iqtisadi əməkdaşlıqda mühüm rol oynayır. Ona görə də biz çox şadıq ki, təkcə siyasi sahədə deyil, xalqlar arasında əlaqələr, mədəniyyət sahəsində də möhkəm əməkdaşlıq əlaqələri qurmuşuq. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığa gəlincə, qarşılıqlı ticarətdə dinamik inkişaf qeydə alınır, hazırda bu göstərici 4,6 milyard dollar təşkil edir və getdikcə artır. Gələcəkdə biz ticarət əlaqələrinin daha da şaxələndirilməsinin şahidi olmaq istərdik. Hesab edirəm ki, enerji sektorundan kənar əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur.

Azərbaycanın yürütdüyü enerji siyasəti region hüdudlarını aşır. Bu gün biz Avropanın enerji təhlükəsizliyi məsələləri ilə bağlı Avropadan olan tərəfdaşlarımızla birgə fəaliyyt göstəririk və Fransanın "Total" və "GDF-Suez" kimi şirkətləri bizim uzunmüddətli tərəfdaşlarımızdır. Biz qarşıdakı planları və layihələri həyata keçirmək üçün birgə çalışırq".

Parisdə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin də açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə böyük imkanlar açır.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni Mədəniyyət Mərkəzi isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaqdır.

Azərbaycan və Fransa arasında mövcud olan münasibətlərin səviyyəsi onu deməyə əsas verir ki, ölkələrimiz arasında əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açır.

 

 

E.HACALIYEV

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.4.