Azərbaycan ən mötəbər
turnirlərə ev sahibliyi
edəcək imkana malikdir
Dünyanın 5
qitəsindən olan gənc jurnalistlər Bakıya valeh oldular
Son illərdə beynəlxalq
tədbirlərin, siyasi
toplantıların, mədəniyyət
yarışlarının əsas
ünvanlarından birinə
çevrilmiş Azərbaycan
daha bir mötəbər idman turnirinə ev sahibliyi edir. Bakıda
"On bir ürək,
bir istək " şüarı adı altında FİFA U-17 qadınlararası
dünya çempionatı
keçirilir.
Oktyabrın 13-dək davam edəcək mundial çərçivəsində
bir sıra tədbirlər də təşkil olunur. Onlardan biri də Bakıda
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası
(AİPS), Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi və Milli Olimpiya
Komitəsinin dəstəyi
ilə gənc idman jurnalistləri üçün keçirilən
tədris proqramıdır.
23 gün davam edəcək
"Gənc Jurnalistlər
Proqramı"na AİPS-in 5 qitədən - Afrika, Asiya, Amerika, Okeaniya və Avropadan 19-25 yaşlar arasında 20 nəfər gənc jurnalist cəlb olunmuşdur. Onlar Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının qarşılaşmalarını
birlikdə izləyir,
təmsil etdikləri
KİV üçün məqalələr
hazırlayırlar.
Paytaxtımızda təşkil olunmuş tədris proqramında iştirak etdiyimizdən dünyanın müxtəlif
ölkəsindən gələn
gənc jurnalistlərlə
söhbət edib, onların Azərbaycanla bağlı fikirlərini öyrəndik.
Keir RADNEDGE,
İPS-in futbol komitəsinin
rəhbəri: "Azərbaycan
çox gözəl ölkədir. AİPS-in gənc
jurnalistləri U-17 qadınlararası
futbol çempionatını
yerində izləmək
üçün Bakıya
dəvət etməsi
alqışlanmalıdır. Çünki onlar burada çempionatı
izləməklə yanaşı,
tədris proqramında
bir çox yeniliklərin şahidi olur. Fürsətdən istifadə edərək AİPS-in prezidenti
Covanni Merloya və yaradılan yüksək şəraitə
görə isə Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinə dərin təşəkkürümü
bildirmək istərdim. Bakıya isə ilk dəfədir səyahət edirəm. Necə gözəl və möhtəşəm
bir şəhər olduğunu "Eurovision" mahnı
müsabiqəsində televiziya
vasitəsilə izləmişdim.
İndi isə bunun şahidi oluram. Tarixilik və müasirlik bir arada cəm
olub. Həm Qərb, həm də Şərq elementləri sintez təşkil edir. İnsanlar gülərüz
və mehribandır. Təhlükəsizlik baxımından
dünyanın ən rahat yaşanacaq ölkələrindən biridir.
Ölkənizdə qısa
müddət ərzində
idman sahəsində əldə edilən uğurlar təqdirəlayiqdir.
Burada son illərdə
futbolda da böyük bir inkişaf nəzərə
çarpmaqdadır. Bakının
"Neftçi" klubunun
UEFA Avropa Liqası yarışlarının qrup
mərhələsinə yüksəlməsi
və ilk turda Serbiyanın "Partizan"
komandası ilə heç-heçə oynaması
Azərbaycanda idmanın
bu növünün inkişaf mərhələsində
olmasından xəbər
verir. Dünyanın tanınmış hakimi Tofiq Bəhramov və hücumçusu Anatoli Banişevskinin adları isə Azərbaycanın futbol tarixində qızıl hərflərlə yazılmışdır.
Sonda onu əminliklə söyləyə
bilərik ki, Azərbaycan gələcəkdə
daha böyük mundiallara ev sahibi edəcək gücə və imkana malikdir".
Anxel QONZALES, Meksika, "Frontera" qəzeti: "Mən Meksikadanam. Avropaya ilk dəfədir ki, səyahət edirəm. Bundan əvvəl Azərbaycan haqda ancaq internet vasitəsilə
məlumat əldə
etmişdim. Lakin ölkəniz, xüsusilə paytaxt Bakı barədə heç bir təsəvvürə malik
deyildim. Lakin Bakıya qədəm qoyduqdan sonra tam əminliklə deyə bilərəm ki, paytaxtınız çox gözəl şəhərdir,
gözəl görkəmi
ilə Avropanın ən qabaqcıl şəhərləri ilə
bir sırada dayanmağa layiqdir. Eyni zamanda, müşahidə
etdim ki, Bakı keçmişlə
müasirliyin vəhdətidir.
Ona görə ilk dəfədən Bakı haqqında təəssüratım
çox yüksək
oldu. İnsanları isə çox mehribandır. Bakıda qonaqpərvərliyin şahidi
oldum. Çalışacağam
bundan sonra Azərbaycana yenə də səfər edim. Yaxın günlərdə ölkənizin
regionlarına da səfər etməyi planlaşdırırıq. Oralardakı
gözəlliklərin də
şahidi olacağımızdan
əminik".
Radnage KRİSTİAN, İngiltərə, Olimpiya
Oyunları ilə bağlı sayt: "Bu gün Azərbaycanda olduğumuza görə özümüzü çox
xoşbəxt hiss edirik.
Açığı, ölkənizə
əvvəllər gəlmədiyim
üçün bura ilə əyani tanışlığım yox
idi. Lakin gördüm ki, Azərbaycan, doğrudan da görməli və gəzməli yerdir. Bakıda olduğum qısa müddət ərzində
ölkənizə valeh
olmuşam. Sizin insanlarda olan mehribanlığı, səmimiliyi
dünyanın heç
bir ölkəsində
görməmişəm. Bunları
heç bir zaman unutmayacam. Bakının özünəməxsus ənənələri
var, memarlıq abidələri ilə zəngindir. Sizin gözəl və rəngarəng təbiətiniz
də var. Qonaqpərvərliyiniz
isə çox məşhurdur. Azərbaycanın
U-17 qadınlararası dünya
çempionatının hazırlığına
isə söhbət ola bilməz. Biz jurnalistlərin rahat çalışması üçün
gözəl şərait
yaradılıb".
Al Massalmeh NADİA, Almaniya, "Algemeine" qəzeti: "Müstəqilliyinin
20-ci ilini qeyd etmiş bir ölkənin qısa müddət ərzində
böyük bir inkişafa imza atması təqdirəlayiqdir.
Məni cəlb edən ən əsas məqam ölkənizin müasirliyidir.
Demək olar ki, artıq 3 günə yaxındır
ki, buradayam. Bircə onu fikirləşirəm ki, görəsən, dünya
çempionatı yekunlaşdıqdan
sonra Bakıdan necə ayrılacağam (gülür). Bir neçə ay bundan əvvəl Bakını "Eurovision" mahnı
müsabiqəsi zamanı
televiziya vasitəsilə
izləmiş və ölkənizə heyran qalmışdım. Heç
ağlıma belə gətirməzdim ki, təxminən 4-5 ay sonra bu gözəl ölkəyə səfər
edəcəyəm. Sizin
kimi belə yüksək potensiala malik gənc həmkarlarımızı tanıdığıma
görə özümü
çox xöşbəxt
hiss edirəm. Gənc
jurnalistlərə yaradılan
hər bir şəraitə görə
isə təşkilat
komitəsinə və
xüsusilə Gənclər
və İdman Nazirliyinə təşəkkürümü
bildirirəm".
Ojevunni TENNİTAYO, Nigeriya, radio: "Bakı şəhər infrastrukturunun
səviyyəsinə görə
dünyanın
bir sıra şəhərlərini qabaqlayır.
Sizin bəxtiniz gətirib ki, belə gözəl bir ölkədə yaşayırsınız. Nigeriyaya
qayıdanda buradakı
bütün gözəllikləri öz vətəndaşlarımıza çatdıracağam. "Gənc
Jurnalistlər Proqramı"
çərçivəsində biz müxtəlif ölkələrdən
yeni dostlar tapdıq. Yeniliklərin şahidi olduq. Dünya çempionatını
yerində izləmək
üçün çox
gözəl şərait
yaradılıb. Futbol
qarşılaşmalarını izləyir, bununla bağlı qeydlərimizi
aparır və müzakirələr edirik.
Bir sözlə, hər şey mükəmməldir. Burada
olduğuma görə
özümü çox
xöşbəxt hiss edirəm.
Dünya çempionatının
başa çatmasını
heç istəmirəm
(gülür)".
Aleksandro BENDANA, Nikaraqua, müstəqil jurnalist: "Azərbaycan möhtəşəm bir ölkədir. Dövlətin
apardığı siyasət
nəticəsində ölkəniz
günü-gündən dünyanın
qabaqcıl respublikaları
sırasına qoşulmaqdadır. Elə düşünürəm ki,
vaxt baxımından
20 il heç də böyük tarix deyil, amma
bu illər ərzində görülmüş
işlərə nəzər
salanda bir daha əmin olursan ki, demək,
qısa müddətdə
böyük nailiyyətlərə
imza atmaq mümkündür. Bütün
bunlar göstərir ki, bu ölkəni
daha xoşbəxt bir gələcək gözləyir. Dünya çempionatının təşkilatçılığı
ilə bağlı görülən işlərə
isə söz yoxdur. Hər şey əladır. Bir daha vurğulamaq
istərdim ki, bu ölkədə olduğum üçün
özümü xoşbəxt
hesab edirəm. Gələcəkdə buraya
daha böyük və möhtəşəm
idman tədbirlərini
işıqlandırmaq üçün tez-tez gələcəyik".
Söhbəti yazdı: Elçin CƏFƏROV
Azərbaycan.-2012.- 26 sentyabr.- S.6.