Azərbaycan Milli
İncəsənət Muzeyində vokal musiqisi axşamı olmuşdur
Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən Üzeyir Hacıbəyli
IV Beynəlxalq Musiqi Festivalı çərçivəsində
sentyabrın 25-də Azərbaycan Milli
İncəsənət Muzeyində vokal musiqisi axşamı olmuşdur.
AzərTAc
xəbər verir ki, musiqi axşamı unudulmaz
bəstəkarımız Üzeyir
Hacıbəylinin dahi şairimiz
Nizami Gəncəvinin eyniadlı qəzəllərinə
bəstələdiyi "Sevgili canan" və
"Sənsiz" romanslarının səsləndirilməsi
ilə başlamışdır.
Səhnədə
ifası ilə tamaşaçıları heyran
edən vokalçı -
İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər
Rzazadəni beynəlxalq festivallar və
müsabiqələr iştirakçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Müşfiq Quliyev fortepianoda müşayiət etmişdir.
Musiqi axşamında tanınmış bəstəkarlar -
Fikrət Əmirovun "Sevil"
operasından Balaşın, Giacomo Puccinin "Toska"
operasından Kavaradossinin ariyaları, Françesko Çileanın "Arlezianka" operasından Federikonun
Nalesi, habelə Ravel Morisin "Alborada", Frederik Şopenin "Polonaise ¹ 5 op.44" musiqiləri, F.Əmirovun
"Ulduz", "Mən səni araram", "Gecə keçir",
Niyazinin "Vətən nəğməsi", Asəf
Zeynallının "Ölkəm" romans
və mahnıları səsləndirilmişdir.
Musiqiçilərin
çıxışları tamaşaçılar tərəfindən
alqışlarla qarşılanmışdır.
Azərbaycan.-2012.-
26 sentyabr.- S.7.