Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramı təqdim olunmuşdur

 

  Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli IV Beynəlxalq musiqi festivalı çərçivəsində sentyabrın 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti konsert proqramı təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, konsertdə türkiyəli Gürer Aykalın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri C.Allahverdiyevin, U.ErkininQ.Qarayevin əsərlərini ifa etmişdir.

Konsertin solistləri Toğrul Qəniyevin, Murad Hüseynovun, Səbuhi İbayevin və Gülnaz İsmayılovanın ifaları tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanmışdır.

 

 

Azərbaycan.-2012.- 26 sentyabr.- S.7.